12px13px15px17px
Tarix:18/05/17

“Google” şirkəti itmiş smartfonların axtarışı üçün mobil proqram təqdim edib

"Google" şirkəti "I/O" konfransında itmiş smartfonların axtarışı üçün nəzərdə tutulmuş "Find My Device" mobil proqramını təqdim edib. Proqramı "Google Play" internet mağazasından yükləmək mümkündür.

"ICTnews" Elektron Xəbər Xidməti "macdigger.ru" saytına istinadən yazır ki, "Find My Device" mobil tətbiqi "Find My iPhone" xidmətinin analoqudur. Bu proqram itmiş və ya oğurlanmış smartfonların axtarışı üçün nəzərdə tutulub. İstifadəçilər qurğuda zəng funksiyasını işə sala, blok edə, məsafədən vacib məlumatı silə və ya cihazın yerləşdiyi yerə xəritədə baxa bilərlər.

İstifadəçi telefonunu mənzildə tapa bilmədiyi halda "Find My Device" mobil tətbiqi zəng funksiyasını aktivləşdirir. Bu, qurğunu tez tapmağa imkan verəcək. Mobil qurğu küçə və ya restoranda itirildiyi halda onun olduğu yerə xəritədə baxmaq olar.

İtmiş və ya oğurlanmış smartfon və ya planşeti geri qaytarmaq mümkün olmadıqda ən azı məxfi informasiyanı qorumaq olar. "Find My Device" mobil proqramı telefondakı faylları uzaq məsafədən silməyə imkan verir.

Emil Hüseynov




Baxış sayı: 121

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 İyun 2017

26 06 2017