Tarix:19/05/17
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, məlumata görə, aprelin sonunda Yaponiyada qolf üzrə beynəlxalq “Panasonic Open 2017” turniri çərçivəsində ilk dəfə oyunçuların daxili vəziyyətini, o cümlədən onların ürək döyüntüsünü kontaktsız izləyə bilən sistem nümayiş olunub.
Olimpiya oyunlarında 25 ildən çox müddət ərzində eksklüziv audio və videotexnikası tədarükçüsü qismində çıxış edən “Panasonic” yeni həllin “Tokio-2020” təşkilatçılarının marağını cəlb edəcəyinə, qolf (2016-cı ildə Olimpiya proqramına daxil edilib) üzrə turnirdə texnologiyanın səhra sınaqlarının nəticələrinin əlavə üstünlük qazandıracağına ümid edir.
Bildirilir ki, turnirdə, həmçinin Fransanın “Vogo” startapı tərəfindən hazırlanan yeni “Vogo Sport” videokontent distribusiya sistemi test edilib. Tamaşaçılara yarışların canlı videosuna smartfonlarda və digər mobil qurğularda baxmağa imkan verən həll üçün eksklüziv hüquqlar “Panasonic” şirkətinə məxsusdur. Yaponiya istehsalçısı “Vogo Sport” həllini stadion operatorlarına və idman tədbirləri təşkilatçılarına təklif etməyi planlaşdırır.
Qolf turnirdə “Vogo Sport” həllindən uzaq oyuq təsvirlərinin göstərilməsi üçün istifadə olunub. Təşkilatçıların qiymətləndirməsinə görə, ilk dəfə yeni sistemdən azarkeşlərin 10 faizi istifadə edib.
Hazırda həllin digər idman növlərində (məsələn, reqbi) də sınaqları keçirilir.
Nizam Nuriyev
Yeni həll idmançıların ürəkdöyünməsini göstərəcək
Oyunlar tarixində ən innovativ olacağı gözlənilən “Tokio-2020” Olimpiadası ərəfəsində Yaponiyanın texnoloji nəhəngi “Panasonic” stadion və idman tədbirləri üçün orijinal həllərin sınaqlarına başlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, məlumata görə, aprelin sonunda Yaponiyada qolf üzrə beynəlxalq “Panasonic Open 2017” turniri çərçivəsində ilk dəfə oyunçuların daxili vəziyyətini, o cümlədən onların ürək döyüntüsünü kontaktsız izləyə bilən sistem nümayiş olunub.
Olimpiya oyunlarında 25 ildən çox müddət ərzində eksklüziv audio və videotexnikası tədarükçüsü qismində çıxış edən “Panasonic” yeni həllin “Tokio-2020” təşkilatçılarının marağını cəlb edəcəyinə, qolf (2016-cı ildə Olimpiya proqramına daxil edilib) üzrə turnirdə texnologiyanın səhra sınaqlarının nəticələrinin əlavə üstünlük qazandıracağına ümid edir.
Bildirilir ki, turnirdə, həmçinin Fransanın “Vogo” startapı tərəfindən hazırlanan yeni “Vogo Sport” videokontent distribusiya sistemi test edilib. Tamaşaçılara yarışların canlı videosuna smartfonlarda və digər mobil qurğularda baxmağa imkan verən həll üçün eksklüziv hüquqlar “Panasonic” şirkətinə məxsusdur. Yaponiya istehsalçısı “Vogo Sport” həllini stadion operatorlarına və idman tədbirləri təşkilatçılarına təklif etməyi planlaşdırır.
Qolf turnirdə “Vogo Sport” həllindən uzaq oyuq təsvirlərinin göstərilməsi üçün istifadə olunub. Təşkilatçıların qiymətləndirməsinə görə, ilk dəfə yeni sistemdən azarkeşlərin 10 faizi istifadə edib.
Hazırda həllin digər idman növlərində (məsələn, reqbi) də sınaqları keçirilir.
Nizam Nuriyev
Baxış sayı: 362
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı