12px13px15px17px
Tarix:19/05/17

“YouTube”da canlı yayımdan hamı yararlana biləcək

Populyar “YouTube” videoservisi videobloger, onların abunəçiləri və tamaşaçılara hədiyyə edərək qeydiyyatdan keçmiş bütün iştirakçılar və digər kontent yaradıcıları üçün onlyan translyasiyalar aparmağa şərait yaradıb.  

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, canlı yayım funksiyası istifadəyə verildikdən sonra ondan yalnız 10 mindən çox abunəçiyə malik blogerlər yararlanıb. Apreldə məhdudiyyət min abunəçiyədək azaldılıb, indi isə tamamilə aradan qaldırılıb.

Məlumata görə, translyasiyaya başlamaq üçün ətraflı təlimat servisin texniki dəstək səhifəsində yerləşdirilib. Həmçinin, əlavədə mobil qurğudan translyasiya etmək imkanı nəzərdə tutulub. Birbaşa efiri işə salmaq üçün “GoLive” videoyazı düyməsini basaraq efirə başlamaq olar. Kanalda videoyazı başa çatdıqdan sonra avtomatik saxlanılır. Ondan istifadəni həm məhdudlaşdırmaq, həm də tam silmək mümkündür.

Yeganə məhdudiyyət kimi kanalın son 90 gün ərzində bloklanması imkanının olmaması qeyd edilir.

Nizam Nuriyev 




Baxış sayı: 326

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024