12px13px15px17px
Tarix:22/05/17

Dubayda robot polis fəaliyyətə başlayacaq

“Robocop” adlı ilk robot polis rəsmən Dubayın polis xidmətinin tərkibinə daxil edilib. Bu haqda “Arabian Business” nəşri məlumat verib.

Məlumata görə, robotun hündürlüyü 170 sm, çəkisi 100 kq-dır. Robot emosiyaları müəyyənləşdirən detektorla təchiz edilib və insanlarda sifət ifadələrini və jestləri 1,5 metrədək məsafədən “tanıyır”. Beləliklə, robot insanlarla əlaqə yarada və qanun pozanları aşkar edə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru" saytına istinadən yazır ki, robot ona qurulmuş daxili naviqator sayəsində ərazidə hərəkət edir, ərəb və ingilis dilləri daxil olmaqla 6 dildə danışır. Vətəndaşlar sözügedən robot vasitəsilə kredit kartları ilə polis xidmətlərini ödəyə bilərlər.

Küçə və ticarət mərkəzlərində patrulluq edən “Robocop” müvafiq video çəkilişlərini təqdim etməklə qanun keşikçilərinə cinayətkarları tapmaqda kömək edəcək.

Emil Hüseynov




Baxış sayı: 343

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024