Tarix:06/10/11
Sərginin açılış mərasimində çıxış edən nazir tədbir iştirakçılarına ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsində həyata keçirilən islahatlar, irimiqyaslı işlər, beynəlxalq və region üçün əhəmiyyətli olan layihələr barədə geniş məlumat verib.
Daha sonra nazir Əli Abbasov Türkiyənin Rabitə və nəqliyyat naziri Binali Yıldırımla birgə sərgidə təmsil olunan pavilyonlara VİP baxış keçirib. Qeyd edək ki, Azərbaycandan 25 aparıcı şirkətin iştirak etdiyi sərgidə ölkəmiz böyük milli pavilyonla təmsil olunur.
Sərgidə respublikanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi ən son nailiyyətlər, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələr nümayiş olunur. Builki sərgi və konfransda ölkəmiz Almaniya ilə yanaşı, partnyor ölkə kimi çıxış edir.
Oktyabrın 9-na qədər işini davam edən sərgi çərçivəsində bir sıra forum və konfransların təşkili nəzərdə tutulub. Müxtəlif forum və konfranslarda iştirak edən nazir Əli Abbasov eyni zamanda bir sıra ikitərəfli görüşlər keçirib.
Xatırladaq ki, "CeBİT Bilisim Eurasia" regionun ən iri İKT sərgisidir, Azərbaycan artıq bir neçə ildir ki, bu mühüm tədbirdə iştirak edir. Bu il sərgidə 20 ölkə 1100-dən artıq şirkətlə təmsil olunur.
Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
Bu gün Türkiyənin İstanbul şəhərində "CeBİT Bilisim Eurasia" - Beynəlxalq informasiya texnologiyaları sərgi və konfransı öz işinə başlayıb. Sərgidə ölkəmizi Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.Sərginin açılış mərasimində çıxış edən nazir tədbir iştirakçılarına ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsində həyata keçirilən islahatlar, irimiqyaslı işlər, beynəlxalq və region üçün əhəmiyyətli olan layihələr barədə geniş məlumat verib.
Daha sonra nazir Əli Abbasov Türkiyənin Rabitə və nəqliyyat naziri Binali Yıldırımla birgə sərgidə təmsil olunan pavilyonlara VİP baxış keçirib. Qeyd edək ki, Azərbaycandan 25 aparıcı şirkətin iştirak etdiyi sərgidə ölkəmiz böyük milli pavilyonla təmsil olunur.
Sərgidə respublikanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi ən son nailiyyətlər, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələr nümayiş olunur. Builki sərgi və konfransda ölkəmiz Almaniya ilə yanaşı, partnyor ölkə kimi çıxış edir.
Oktyabrın 9-na qədər işini davam edən sərgi çərçivəsində bir sıra forum və konfransların təşkili nəzərdə tutulub. Müxtəlif forum və konfranslarda iştirak edən nazir Əli Abbasov eyni zamanda bir sıra ikitərəfli görüşlər keçirib.
Xatırladaq ki, "CeBİT Bilisim Eurasia" regionun ən iri İKT sərgisidir, Azərbaycan artıq bir neçə ildir ki, bu mühüm tədbirdə iştirak edir. Bu il sərgidə 20 ölkə 1100-dən artıq şirkətlə təmsil olunur.
Baxış sayı: 2531
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir