12px13px15px17px
Tarix:07/10/11

Həmyerlimiz Kiyevdə “Mobil tərcümə” layihəsini təqdim etmişdir

Ukrayna müstəqil xəbərlər informasiya agentliyinin (UNİAN) verdiyi məlumata görə, Kiyevdə “Mobil tərcümə” layihəsi təqdim edilmişdir.

UNİAN-da bu məsələyə həsr olunmuş mətbuat konfransında çıxış edən həmyerlimiz, “Ukrayna vətəndaşlarının hüquqlarının müdafiəsi üzrə beynəlxalq liqa” təşkilatının idarə heyətinin sədri Eduard Bağırov bildirmişdir ki, layihənin əsas məqsədi əcnəbilərin Ukraynada onlar üçün qeyri-təbii olan linqvo-sosio-mədəni məkanda uyğunlaşmasına, həmçinin əcnəbilərlə Ukrayna və postsovet məkanı ölkələrinin vətəndaşları arasında dil maneəsinin aradan qaldırılmasına kömək etməkdir.

Mobil tərcümə xidmətlərinin tətbiq edilməsi ideyası ondan irəli gəlir ki, Ukraynaya səfər edən əcnəbilərin əksəriyyəti Ukrayna dilini bilmir. 2012-ci ildə futbol üzrə Avropa çempionatının final oyunları Ukraynada keçiriləcəkdir.

Bununla əlaqədar gələn il bu dövlətin ərazisinə gələn əcnəbilərin sayı bir neçə dəfə artacaqdır. Ona görə də əcnəbilər Ukrayna vətəndaşları ilə məişət mövzusunda, rəsmi və ya biznes fəaliyyəti ilə əlaqədar ünsiyyətdə olarkən müxtəlif xarici dilləri bilən tərcüməçilərə ehtiyac olacaqdır.

E.Bağırov bu xidmətin necə işləməsini mətbuat konfransında nümayiş etdirmişdir. Məsələn, istehlakçı öz mobil telefonundan hər hansı mobil rabitə operatoru ilə əlaqə yaratmaq üçün 222-1 nömrəsini yığır və avtomatik olaraq “Mobil tərcümə” sisteminə qoşulur.

Operator həmin istehlakçıya bildirir ki, bu zəngin bir dəqiqəsinin qiyməti 10 qrivna və ya 1 avro, üstəgəl əlavə dəyər vergisinə bərabərdir.

Bundan sonra operator ünsiyyət dilini seçməyi təklif edir. İstehlakçı telefonun klaviaturasında müvafiq düymələri basaraq ingilis, alman, fransız, ispan və ya italiyan dillərindən birini seçə bilər.

Bundan sonra istehlakçıya tərcüməçi xidmətlərindən istifadə etmək təklif olunur. Tərcüməçi istənilən mövzuda sinxron və ya ardıcıl ikitərəfli tərcümə işlərini görür.

Eduard Bağırov qeyd etmişdir ki, istehlakçı tərəfindən layihənin icraçılarına verilən bütün informasiya tamamilə məxfidir və üçüncü şəxslərə bildirilmir. Onun sözlərinə görə layihənin icraçıları istehlakçını eyniləşdirmir və onun fərdi məlumatlarını bilmirlər. Beləliklə, tam anonimlik təmin edilir.



Baxış sayı: 1423

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024