Tarix:24/05/17
“LG X Venture” modeli “IP68” və “MIL-STD 810G” standartlarına cavab verir və bu, o deməkdir ki, qurğu 30 dəqiqə ərzində 1,5 metr dərinliyində suyun içində qala bilər. Bundan başqa, telefon zərbələrə, toz və suya qarşı davamlıdır.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, smartfon “IPS” matrisi və “In-Cell Touch” sensor texnologiyası üzrə hazırlanmış “Full HD” (1920x1080 piksel) 5,2 düymlük ekranla təchiz edilib. Aparat 1,14 takt tezlikli 8 nüvəli “Qualcomm Snapdragon 435” prosessoru, 2 QB əməli yaddaş və 32 QB-lıq daimi yaddaşa malikdir.
Əsas kameranın təsvir ölçüsü 16 meqapiksel, ön kamerada isə 5 meqapikseldir.
Telefon 4100 milliamper/saat tutumlu akkumulyator batareyasına malikdir və “Android 7.0 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Smartfonun qalınlığı 9,3 mm, çəkisi isə 167 qr-dır.
26 may 2017-ci il tarixində satışa çıxarılacaq “LG X Venture” smartfonunun qiyməti təxminən 330 dollar təşkil edəcək.
Emil Hüseynov
Təhlükəsiz “LG X Venture” smartfonu təqdim edilib
Cənubi Koreyanın “LG Electronics” korporasiyası tərəfindən təqdim edilmiş orta səviyyəli yeni smartfon yüksək təhlükəsizlik imkanlarına malikdir.“LG X Venture” modeli “IP68” və “MIL-STD 810G” standartlarına cavab verir və bu, o deməkdir ki, qurğu 30 dəqiqə ərzində 1,5 metr dərinliyində suyun içində qala bilər. Bundan başqa, telefon zərbələrə, toz və suya qarşı davamlıdır.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, smartfon “IPS” matrisi və “In-Cell Touch” sensor texnologiyası üzrə hazırlanmış “Full HD” (1920x1080 piksel) 5,2 düymlük ekranla təchiz edilib. Aparat 1,14 takt tezlikli 8 nüvəli “Qualcomm Snapdragon 435” prosessoru, 2 QB əməli yaddaş və 32 QB-lıq daimi yaddaşa malikdir.
Əsas kameranın təsvir ölçüsü 16 meqapiksel, ön kamerada isə 5 meqapikseldir.
Telefon 4100 milliamper/saat tutumlu akkumulyator batareyasına malikdir və “Android 7.0 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Smartfonun qalınlığı 9,3 mm, çəkisi isə 167 qr-dır.
26 may 2017-ci il tarixində satışa çıxarılacaq “LG X Venture” smartfonunun qiyməti təxminən 330 dollar təşkil edəcək.
Emil Hüseynov
Baxış sayı: 346
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet