12px13px15px17px
Tarix:31/05/17

“Asus” fırlanan ekrana malik ən nazik noutbuk təqdim edib

“Asus” şirkəti Taybeydə keçirilən “Computex 2017” beynəlxalq kompüter sərgisində 3 ədəd “ZenBook” və 2 ədəd “VivoBook” təqdim edib. Ən mühüm yenilik “Zenbook” istehsal xəttinə aid və fırlanan ekrana malik “Flip S” modeli olub: korpusunun qalınlığı 11 mm təşkil edən model  6-cı nəsil “Intel i5/i7” prosessoru və 1 TB-lıq “SSD” daşıyıcı ilə təchiz edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Asus” şirkətinin iddiasına görə, “Flip S” modeli fırlanan ekrana malik ən nazik noutbukdur. 3840x2160 piksel təsvir ölçülü 13 düymlük ekranla təchiz edilmiş aparat stilusla iş rejimini dəstəkləyir, həmçinin 16 QB-lıq “LPDDR3” yaddaşa malikdir. Noutbukun qiyməti 1100 dollardır.
 
“Zenbook 3 Deluxe” noutbuku 14 düymlük displey, “Core i5/i7” prosessoru, 1 TB-lıq daşıyıcı və 16 QB əməli yaddaşla təchiz edilib. 2 ədəd “Thunderbolt 3” portuna malikdir, displeyi “Corning Gorilla Glass 5” şüşəsi ilə qorunur.
 




















Deluxe
 
“Zenbook Pro” noutbuku 15,6 düymlük “UHD” ekrana malikdir, 1 TB-lıq “SSD” daşıyıcı, “Core i5/i7” prosessoru və “Nvidia 1050ti” qrafik kartı ilə təchiz edilib. “Asus”un nümayəndəsi bildirib ki, bu model 14 saat avtonom iş vaxtına malikdir. “Zenbook 3 Deluxe” noutbukunun qiyməti 1200 dollar, “Zenbook Pro” noutbukunun qiyməti isə 1300 dollardır.



























Zenbook Pro
 
Qiyməti 500 dollar olan “VivoBook S” noutbuku “Nvidia 940MX” qrafik kartı, “Intel i3/i5/i7” prosessoru, 16 QB-dək “DDR4” tipli yaddaşla təchiz edilib. Bundan başqa, qurğuya “Windows Hello” biometrik identifikasiya sistemi quraşdırıla bilər.




































VivoBook S
 
Qiyməti 800 dollardan başlayan “VivoBook Pro” modeli “Core i5/i7” prosessoru, “Nvidia 1050” qrafik kartı, “Asus Pen” stilisunu dəstəkləyən 15 düymlük ekran, həmçinin “Intel Optane” texnologiyasını dəstəkləyən “SSD” daşıyıcı ilə təchiz edilib.
 
 






















VivoBook Pro
 
Emil Hüseynov




Baxış sayı: 347

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024