12px13px15px17px
Tarix:31/05/17

“SoundAssistant” əlavəsi “Galaxy” qurğularının səs imkanlarını açacaq

"Samsung" şirkəti "Galaxy" istehsal xəttindən olan smartfon və planşet sahibləri üçün nəzərdə tutulan yeni "SoundAssistant" əlavəsini təqdim edib. Proqram vasitəsilə istifadəçilər səsə aid bütün funksiyaları tənzimləmək imkanı əldə edəcəklər. Belə ki, əlavənin köməyi ilə multimedianın səsini zəngin səsindən ayrıca tənzimləmək, quraşdırılmış ekvalayzer vasitəsilə səsin keyfiyyətini sazlamaq və s. mümkün olacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "SoundAssistant" daha dəqiq quraşdırma üçün 150 səs tənzimləmə səviyyəsinə malikdir. Qulaqcıq qoşulan zaman qulaqlar üçün ayrıca səs ucalığını və səsləndirməni zövqə uyğun sazlamaq olar. "Galaxy S8" və "Galaxy S8 Plus" smartfon sahibləri əlavə vasitəsilə müxtəlif proqramlar üçün səsin səsləndirilməsi üsullarını quraşdıra bilərlər. Məsələn, musiqi pleyerindən səs simsiz kolonkaya, oyundan isə smartfonda quraşdırılan dinamikə ötürüləcək.
 
"SoundAssistant" əlavəsini "Google Play" mağazasından və ya buradan yükləmək mümkündür.

Nizam Nuriyev 




Baxış sayı: 516

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024