12px13px15px17px
Tarix:01/06/17

Sürücüsüz avtomobillər üçün yeni texnologiya yaradılıb

ABŞ tədqiqatçıları sürücüsüz avtomobillərin daha təhlükəsiz hərəkətinin təmin edilməsinə imkan verən unikal sistem ərsəyə gətiriblər. Hazırda innovativ texnologiyalı ilk avtomobillərin ilkin sınaqları keçirilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “RSUTE” resursuna istinadən yazır ki, yeni sistemin əsasını səsli impulslar vasitəsilə yoldakı maneələrin olduğu yerləri müəyyənləşdirməyə imkan verən səsli naviqasiya analoqu təşkil edir. Kompüter bir neçə saniyə ərzində bir neçə yüz metr radius üçün xəritəni cızır ki, bu da yolda toqquşma hallarından yayınmağa şərait yaradır. Tədqiqatçılar qeyd edir ki, test zamanı yeni növ nəqliyyat vasitəsi yaxşı nəticələr nümayiş etdirib.
 
Sınaqlar zamanı avtomobilin yolda obyektlərin 90 faizindən yan keçməsi müəyyənləşdirilib.
 
Bildirilir ki, yeni sistem hətta hərəkət edən obyektləri müəyyənləşdirərək onların 90 faizindən yan keçməklə manevr edir.  
 
Səsli naviqasiya sistemi ilə yanaşı, prototipdə kiçik məsafədə (10 metrədək) maneələri qeydə alan hərəkət ötürücüsü quraşdırılıb.
 
Yeni nəqliyyat vasitəsi əvvəllər ilk sürücüsüz “Google” avtomobil prototiplərində tətbiq edilən “Waymo” maşın prototipi əsasında yaradılıb.
 
Yeni sistemlə təchiz edilən sürücüsüz avtomobillərin yaxın illərdə satışa çıxarılacağı gözlənilir.

Nizam Nuriyev 




Baxış sayı: 337

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024