12px13px15px17px
Tarix:02/06/17

“Qualcomm Quick Charge 4.0+” qurğuların enerji ilə doldurulmasını sürətləndirəcək

Ötən il təqdim edilən “Snapdragon 835” prosessoru “Quick Charge 4.0” sürətli enerjidoldurma texnologiyasını dəstəkləməyə başlayıb. Texnologiya qurğulara “Quick Charge 3.0” ilə müqayisədə 20 faiz tez və az qızma ilə enerji toplamağa imkan verir. “Qualcomm” şirkəti nümayəndələrinin sözlərinə görə, qurğunun 5 saat işləməsi üçün 5 dəqiqə enerjinin toplanması kifayət edir. Həmçinin, texnologiyanı bu yaxınlarda təqdim olunan “Snapdragon 660” prosessoru dəstəkləyir. Naməlum səbəblərə görə, “Xiaomi Mi6”, “Samsung Galaxy S8”, “HTC U11” və “Snapdragon 835” əsaslı digər qurğular “Quick Charge 4.0” texnologiyasını dəstəkləmir. Buna baxmayaraq “Qualcomm” “Quick Charge 4.0+” texnologiyasını nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Quick Charge 4.0+” “Quick Charge 4.0” texnologiyasının təkmilləşdirilmiş versiyasıdır. “Qualcomm” diqqəti səmərəlilik, sürət və istilikvermə kimi 3 əsas parametrə yönəldib. Belə ki, xüsusi “Dual Charge” texnologiyası enerji cərəyanını bölərək istiliyin ayrılmasını 3°C azaltmağa və enerjinin toplanma vaxtını 15 faiz sürətləndirməyə imkan verir. İstilikvermənin zəiflədilməsi, həmçinin akkumulyatorun istismar müddətini artıracaq.
 
Bundan başqa, “Qualcomm” enerjinin doldurulması zamanı təhlükəsizliyin artırılması üçün əlavə funksiyalar quraşdırıb. Məsələn, “Quick Charge 4.0+” eyni anda korpus və portun temperatur səviyyələrinə nəzarət edir ki, bu da qızma, qısa qapanma və ya “USB Type-C” çıxışının zədələnməsinin qarşısını alacaq. Şirkət nümayəndəsinin sözlərinə görə, enerjinin toplanma səmərəliliyi “Quick Charge 4.0” ilə müqayisədə 30 faiz yüksəlib.
 
“Quick Charge 4.0+” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən ilk qurğu bu həftənin əvvəlində təqdim edilən “Nubia Z17” smartfon modeli olub.  

Nizam Nuriyev 




Baxış sayı: 348

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024