12px13px15px17px
Tarix:03/06/17

“LG Pay” mobil ödənişlər sistemi istifadəyə verilib

“LG Electronics” şirkəti “LG Pay” mobil ödənişlər servisini istifadəyə verib. Servis digər Cənubi Koreya istehsalçısı - “Samsung” şirkətinin “Samsung Pay” sisteminin analoqu hesab edilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, “MCT” (Magnetic Communication Technology) texnologiyasından istifadə edən yeni xidmət smartfonu adi terminallara yaxınlaşdırmaqla ödənişlər həyata keçirməyə imkan verir. Əməliyyatların istifadəçinin barmaq izi skaneri ilə təsdiq edilməsi tələb olunur.  

Məlumata görə, hazırda Cənubi Koreya ərazisində istifadəyə verilən “LG Pay” sistemi “Shinhan”, “KB”, “BC” və “Lotte” bank kartlarını dəstəkləyir. Gələcəkdə şirkət servisin coğrafiyasını genişləndirməyi nəzərdə tutsa da, hazırda bu barədə konkret planlar açıqlamır.

“LG Pay” xidmətini ilkin olaraq proqram təminatı ilə birlikdə yeni funksiyaya malik olacaq “LG G6” smartfon istifadəçiləri sınaqdan keçirə biləcəklər. Bir müddət sonra digər qurğu istehsalçıları da servisi dəstəkləməyi planlaşdırır.  

Nizam Nuriyev 




Baxış sayı: 317

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024