12px13px15px17px
Tarix:03/06/17

Robotların modullu layihələndirilməsi üçün proqram hazırlanıb

ABŞ-ın Karnegi-Mellon Universitetinin əməkdaşları robotların modullu layihələndirilməsi üçün proqram təminatı hazırlayıblar. Məlumat bazasında mövcud modullardan addımlayan və ya təkərli robot modelləri yaratmağa imkan verən proqram sayəsində layihələndirmə prosesini dəfələrlə sadələşdirmək mümkün olacaq.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, layihə müəlliflərinin sözlərinə görə, robotların yaradılması texnologiyaların sürətli inkişafına baxmayaraq yetərincə mürəkkəb vəzifə olaraq qalır. “Məsələn, mühəndislər kütlənin paylanmasını, robotun ayrı-ayrı hissələrinin təsirini, eləcə də çoxsaylı mürəkkəb materialların sayının hesablanmasını aparmalı olurlar. Burada buraxılan kiçik səhv isə kifayət qədər mənfi nəticələrə səbəb olur. Biz robotlaşdırılmış mexanizmlərin layihələndirilməsi prosesini sadələşdirmək qərarına gələrək bunun üçün xüsusi proqram təminatı yaratdıq”, - mütəxəssislər bildirib.  
 
ABŞ alimlərinin ərsəyə gətirdiyi proqramdan istifadə çox sadədir. İntellektual alqoritmlər detalların bir-birinə uyğunlaşdırılması ilə bağlı bütün çətin işləri görür, istifadəçi isə yalnız robotun hansı modullardan ibarət olmasını seçir.  
 
Nizam Nuriyev
 





Baxış sayı: 331

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024