12px13px15px17px
Tarix:05/06/17

Robotlar insan bacarıqlarına yiyələniblər

Bir anlıq bu gün əlinizə götürdüyünüz  əşyalar haqda düşünün. Ola bilsin ki bu, açar, stəkan, diş fırçası, çəngəl və ya qaşıq olub. Bəs bu əşyaları əlinizə düzgün götürmək üçün siz nə qədər əqli enerji sərf edirsiniz? Ehtimal ki, bu, sizin üçün çətin deyil, ancaq robotlar üçün ciddi problemdir. Amma indi Kaliforniya Universitetində işləyən tədqiqatçıların yeni elmi işi sayəsində robotlar insan bacarıqlarına yiyələniblər.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, insanlar ələ götürülən əşyanın yerə düşməməsi üçün instinktiv üsul bilirlər, amma robotlar belə qabiliyyətə malik deyillər. Buna görə tədqiqatçılar robotun istənilən formalı obyektləri 99% dəqiqliklə “ələ” götürməsinə kömək məqsədilə dərin təlim konsepsiyasından istifadə ediblər. Dərin təlim – bu, avtomatlaşdırılmış təlim tipidir və kompüter daxil edilən böyük tutumlu məlumatlar sayəsində qərarlar qəbul edə bilir.


Emil Hüseynov






Baxış sayı: 355

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024