12px13px15px17px
Tarix:08/06/17

“Huawei Honor 9” smartfonu metal çərçivəli şüşə korpusla təchiz ediləcək

İnternetdə şəkilləri yayılan yeni "Huawei Honor 9" smartfonu metal çərçivəli şüşə korpusla təchiz ediləcək. 

"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, fotoşəkillərlə yanaşı, internetdə smartfonun təqdimatının yeri və tarixi barədə informasiya yerləşdirilib. Yeni qurğunun fotoşəkillərdə başqa rakursda təqdim edildiyi qeyd olunur.

Məsələn, smartfonun korpusunun fraqmentinin nümayiş etdirildiyi fotoşəkilə görə, yeni qurğunun ön və arxa paneli perimetr üzrə smartfonu əhatə edən şüşədən və metal çərçivədən düzəldilib.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, qurğu qoşa tipli arxa kamera ilə təchiz ediləcək. Öz növbəsində mütəxəssislər tərəfindən yeni smartfonda bəzi çatışmazlıqlar da aşkar olunub. Məsələn, onlar 3,5 millimetrlik qulaqcıqlar üçün çıxışın quraşdırılmamasını qeyd edirlər.

Yeni qurğu haqqında daha ətraflı məlumatın iyunun 12-də Şanxayda keçiriləcək rəsmi təqdimat zamanı veriləcəyi gözlənilir.  

Nizam Nuriyev 




Baxış sayı: 339

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024