Tarix:12/06/17
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, on il əvvəl smartfonların orta statistik diaqonalı təxminən 3,5-4 düymə bərabər olub. Bu gün 5 düymlü qurğu ilə insanları təəccübləndirmək qeyri-mümkündür. “Xiaomi” ötən il istifadəçilər arasında çox populyar olan 6,44 düymlü ekrana malik “Mi Max” smartfonunun satışlarına başlayıb. Bunun məntiqi davamı olaraq cari ildə yeni “Mi Max 2” versiyasının buraxılması qərara alınıb. Model “Xiaomi Mi6” smartfonunda olduğu kimi, yenilənmiş kamera prosessoru, tutumlu və güclü akkumulyator, “USB Type-C” çıxışı və s. fərqli versiyalarla təchiz edilib. Sonra şirkət daha böyük ekranlı qurğunun istehsalı ilə bağlı qərar qəbul edib. Şirkət rəhbəri vurğulayıb ki, 6,44 düym əlin içinin ölçüsünə tam uyğun gəlməsi səbəbindən optimal versiyalar arasında ən böyük ölçü hesab edilir.
Həmçinin, bildirilib ki, qurğunun böyük ölçülərinin narahatlığını kompensasiya edən texnologiyanın icad ediləcəyi təqdirdə 7 düymlü diaqonal da yaratmaq mümkün olacaq.
Nizam Nuriyev
Dünyanın ən böyük smartfonu satışa çıxarılacaq
Çinin “Xiaomi” şirkətinin rəhbəri Ley Tszyun yeni 7 düymlü smartfonun yaradılacağını bəyan edərək prioritetin qurğunun bir əldə rahat tutulması olacağını qeyd edib.“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, on il əvvəl smartfonların orta statistik diaqonalı təxminən 3,5-4 düymə bərabər olub. Bu gün 5 düymlü qurğu ilə insanları təəccübləndirmək qeyri-mümkündür. “Xiaomi” ötən il istifadəçilər arasında çox populyar olan 6,44 düymlü ekrana malik “Mi Max” smartfonunun satışlarına başlayıb. Bunun məntiqi davamı olaraq cari ildə yeni “Mi Max 2” versiyasının buraxılması qərara alınıb. Model “Xiaomi Mi6” smartfonunda olduğu kimi, yenilənmiş kamera prosessoru, tutumlu və güclü akkumulyator, “USB Type-C” çıxışı və s. fərqli versiyalarla təchiz edilib. Sonra şirkət daha böyük ekranlı qurğunun istehsalı ilə bağlı qərar qəbul edib. Şirkət rəhbəri vurğulayıb ki, 6,44 düym əlin içinin ölçüsünə tam uyğun gəlməsi səbəbindən optimal versiyalar arasında ən böyük ölçü hesab edilir.
Həmçinin, bildirilib ki, qurğunun böyük ölçülərinin narahatlığını kompensasiya edən texnologiyanın icad ediləcəyi təqdirdə 7 düymlü diaqonal da yaratmaq mümkün olacaq.
Nizam Nuriyev
Baxış sayı: 299
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet