12px13px15px17px
Tarix:08/10/11

Azərbaycan seysmik proqnozlaşdırmada yeni yanaşma tətbiq edir

Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu yaxın iki ay ərzində Siyəzən və Naftalanda daha iki zəlzələ barədə əvvəlcədən xəbər verən monitorinq sistemi stansiyasının quraşdırılması işlərini yekunlaşdıracaq.

Bu barədə İnstitutunun "İnnovasiya yönümlü informasiya texnologiyaları" laboratoriyasının rəhbəri Qəmbər Quliyev məlumat verib. Quliyevin sözlərinə görə, hazırda Azərbaycanda Şirvan və Qumadasında iki analoji stansiya işləyir.

"Daha iki stansiyanın istifadəyə verilməsi gələcəkdə zəlzələ ocaqlarını və koordinatlarını əvvəlcədən aşkar etməyə imkan verəcək. Bu təkcə Azərbaycanda yox, eləcə də bütün dünyada prinsipial olaraq yeni elmi yanaşmadır", - Quliyev bildirib. Seysmik hadisələrin təhlili üçün ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) fəaliyyətdə olmayan neft quyuları istifadə olunur.

Səs və küy təhlilinə əsaslanan sistem 300-400 kilometr radiusda zəlzələni 5-20 saat əvvəlcədən xəbər verməyə imkan verir.

Gələcəkdə zəlzələnin gücünü qiymətləndirmək də mümkün olacaq. Hazırda bu istiqamətdə işlər aparılır və müəyyən müsbət nəticələr var.

Azərbaycanda hər ay 2-3 bal gücündə bir neçə dəfə zəlzələ qeydə alınır. İnformasiyanın daxil olduğu baş server Kibernetika İnstitutunda, digər iki server isə Fövqəladə Hallar, Rabitə və İnformasiya Texnologiyaları Nazirliklərindədir.



Baxış sayı: 1072

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024