Tarix:13/06/17
“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, “iMessage” məlumat mübadiləsi xidmətinə inteqrasiya olunan servis “Apple Pay” ödəniş sistemini və “Təqvim” əlavəsini dəstəkləyir. Hazırda servisin yeni funksiyalarını yalnız əlavə tərtibatçıları sınaqdan keçirə bilərlər. İstifadəçilər platformadan “iOS 11” əməliyyat sistemi işıq üzü görəndən sonra yararlanmaq imkanı əldə edəcəklər.
Məlumata görə, istifadəçilər “Safari”, “Maps”, “Spotlight” və ya “Siri” proqramlarında “iMessage” pəncərəsi aça biləcəklər. Proqram vasitəsilə görüş təyin etmək, təyyarə bileti almaq və orada yer seçmək mümkün olacaq. “Apple” mahiyyət etibarilə şirkətlər tərəfindən əlavə funksiyalarının qismən “Business Chat” platformasına inteqrasiya edilməsini istəyir.
Bundan əvvəl analoji funksiya “Facebook Messenger” messencerində yaradılıb. Onlar arasında fərq bundadır ki, burada istifadəçilər botlarla, “Apple”da isə insanlarla ünsiyyət qurur.
Nizam Nuriyev
İstifadəçilər və satıcılar arasında ünsiyyət üçün platforma istifadəyə verilib
“Apple” şirkəti müştərilərin bizneslə ünsiyyəti üçün “Business Chat” platformasını istifadəyə verib. Təqdimatı “WWDC” konfransı çərçivəsində baş tutan yeni servis barədə ilk dəfə iyunun 6-da məlumat verilib. Xidmət alıcıların mal və xidmət tədarükçüləri ilə ünsiyyətini sadələşdirməyə imkan verir.“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, “iMessage” məlumat mübadiləsi xidmətinə inteqrasiya olunan servis “Apple Pay” ödəniş sistemini və “Təqvim” əlavəsini dəstəkləyir. Hazırda servisin yeni funksiyalarını yalnız əlavə tərtibatçıları sınaqdan keçirə bilərlər. İstifadəçilər platformadan “iOS 11” əməliyyat sistemi işıq üzü görəndən sonra yararlanmaq imkanı əldə edəcəklər.
Məlumata görə, istifadəçilər “Safari”, “Maps”, “Spotlight” və ya “Siri” proqramlarında “iMessage” pəncərəsi aça biləcəklər. Proqram vasitəsilə görüş təyin etmək, təyyarə bileti almaq və orada yer seçmək mümkün olacaq. “Apple” mahiyyət etibarilə şirkətlər tərəfindən əlavə funksiyalarının qismən “Business Chat” platformasına inteqrasiya edilməsini istəyir.
Bundan əvvəl analoji funksiya “Facebook Messenger” messencerində yaradılıb. Onlar arasında fərq bundadır ki, burada istifadəçilər botlarla, “Apple”da isə insanlarla ünsiyyət qurur.
Nizam Nuriyev
Baxış sayı: 317
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet