12px13px15px17px
Tarix:14/06/17

5000 milliamper/saat tutumunda akkumulyatora malik smartfon təqdim edilib

“Lenovo” şirkəti tərəfindən hazırlanmış “Moto E4” və “E4 Plus” smartfonları rəsmi təqdim edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Moto E4 Plus” modeli 5000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. İstehsalçının sözlərinə görə, smartfon adi rejimdə iki gün ərzində avtonom işləyir. Bundan başqa, telefon 1280x720 nöqtə təsvir ölçülü 5,5 düymlük diaqonala malik ekranla təchiz edilib. Əməli yaddaşın tutumu 3 QB, daxili yaddaşın tutumu isə 16 və ya 32 QB təşkil edir. Əsas kameranın təsvir ölçüsü 13 meqapiksel, ön kamerada isə 5 meqapikseldir, hər iki kamerada “LED” işıqlandırıcı mövcuddur.

“Moto E4” modeli 5 düymlük “HD” təsvir ölçülü ekran, metal korpus və 2800 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Smartfon 8 meqapiksellik əsas kamera, 1,3 QHs takt tezlikli dördnüvəli “MediaTek MT6737” prosessoru, 2 QB-lıq əməli yaddaş və 16 QB-lıq daxili fləş yaddaşla təchiz edilib.

Hər iki model metal korpusa malikdir, iki SİM kart, barmaq izi skanerini dəstəkləyir və “Android 7.1.1 Nougat ƏS” mobil sisteminin idarəetməsi altında işləyir.

2017-ci ilin iyulunda “Moto E4” və “Moto E4 Plus” modellərinin satışına başlanılacaq. Smartfonların qiyməti müvafiq olaraq 129 və 179 dollardır.

Emil Hüseynov




Baxış sayı: 321

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024