12px13px15px17px
Tarix:16/06/17

“Google Drive” kompüterdəki bütün məlumatları “bulud” xidmətində saxlamağa imkan verəcək

"Google" şirkəti yaxın vaxtlarda "Google Drive" "bulud" xidmətinin funksionalını genişləndirəcək və istifadəçilərə faylların ehtiyat köçürülməsi üçün öz kompüterlərində qovluq seçməyə imkan verəcək, halbuki indi yalnız "Google Drive" servisinin xüsusi qovluğundakı məlumatlar üçün ehtiyat köçürmə əlçatandır.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, yeni funksiya 28 iyunda fərdi kompüter və "Mac" üçün istifadəyə veriləcək "Backup and Sync" adlı proqramda əlçatan olacaq. Belə görünür ki, yeni proqram indiki "Google Drive app" proqramını və "Google Photos Backup" servisini əvəz edəcək. Şirkət adi istifadəçilərə yeni proqram çıxan kimi onu yükləməyi və kompüterə quraşdırmağı tövsiyə edib. Korporativ müştərilər hələ ki "Drive File Stream" proqramının çıxarılmasına kimi "Google Drive" proqramından istifadə etməli olacaq.

"Google"un bu addımı, yəqin ki, bir çox istifadəçilərin rəğbətini qazanacaq. Belə ki, bir neçə il ərzində "Dropbox" servisinə belə funksionalın tətbiqi üzrə sorğular verilsə də, ancaq onun istifadəçiləri əvvəlki kimi sinxronlaşdırma üçün faylları xüsusi qovluğa yükləməlidirlər. Bu halda fərdi kompüterdəki istənilən məlumatın ehtiyat köçürülməsi imkanı pulsuz istifadə üçün əlçatan 15 QB disk sahəsinin tez yüklənməsi ilə nəticələnəcək.

Emil Hüseynov




Baxış sayı: 413

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024