12px13px15px17px
Tarix:19/06/17

Yeni daşınan qurğu stressi aradan qaldıracaq

Böyük Britaniyanın “BioSelf Technology” şirkəti “Sensate” adlanan kiçik qurğu yaradıb. Sinəyə bərkidilən qurğu istifadəçi stress keçirən zaman alçaqtezlikli səs dalğaları yaradaraq vibrasiya etməyə başlayır.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, “Sensate” ürək döyüntülərinin azalması, nəfəs, qamət və bədən temperaturu kimi biometrik məlumatları izləmək üçün quraşdırılmış ötürücülərdən istifadə edir. Toplanan məlumatlar simsiz şəbəkə vasitəsilə istifadəçinin smartfonuna göndərilir və orada proqram onları real vaxt rejimində analiz edir.

Bildirilir ki, istifadəçinin stress keçirdiyi müəyyən edilən zaman proqram qurğunu titrəməyə məcbur edərək alçaqtezlikli səs dalğaları yaradır. Vibrasiyalar sümük keçiriciliyi vasitəsilə istifadəçinin  sinəsindən daxil olur və əsəbə səbəb olan stressi azaldaraq onu stimullaşdırır. 

Eyni zamanda proqram telefon qulaqcığı vasitəsilə musiqi və ya təbiət səslərini oxudur. Bunun musiqinin beyin fəaliyyətini müəyyən tezliklərə aparmaqla sakitləşdirici effekti gücləndirən səs dalğaları ilə əlaqəli olması bildirilir.

“Sensate” qurğusunun pərakəndə satış qiyməti 254 dollar təşkil edəcək.

Nizam Nuriyev
 
 

Sensate in One Minute from Stefan Chmelik on Vimeo.





Baxış sayı: 385

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024