Tarix:21/06/17
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, məlumata görə, “SureFly” adlı dron ikiyerli oktakopter formasında düzəldilib. Dron ehtiyat akkumulyatorla təchiz edilib, generator sıradan çıxdığı halda batareya “SureFly” dronunu 5 dəqiqəlik uçuş enerjisi ilə təmin edəcək və bu, yerə eniş etmək üçün kifayətdir. Bundan başqa, aparat fövqəladə hallar üçün paraşütlə təchiz edilib.
Dronun maksimum sürəti 110 km/saat təşkil edir və maksimum uçuş məsafəsi 110 kilometrdir. “SureFly” aparatının yükqaldırma qabiliyyəti 180 kq təşkil edir və multikopterin öz çəkisi isə 500 kq-dır. Kabinədə qurulmuş coystik pilotsuz uçan aparatın əsas idarəetmə vasitəsidir.
Şirkətin məlumatına görə, dron hələ ki havaya qalxmayıb. “SureFly” dronunun ilk uçuşu cari ilin sonuna planlaşdırılıb və 2019-cu ildə sertifikatlaşdırmadan keçməlidir. Bundan sonra istehsalçılar 200 min ABŞ dolları dəyərində qiymətləndirilən aparatın satışına başlamaq niyyətindədir.
Emil Hüseynov
“Workhorse” şirkəti hibrid sərnişin dronunu təqdim edib
Fransada keçirilən aviasalonda ABŞ-ın “Workhorse” şirkəti hibrid sərnişin dronunu təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, məlumata görə, “SureFly” adlı dron ikiyerli oktakopter formasında düzəldilib. Dron ehtiyat akkumulyatorla təchiz edilib, generator sıradan çıxdığı halda batareya “SureFly” dronunu 5 dəqiqəlik uçuş enerjisi ilə təmin edəcək və bu, yerə eniş etmək üçün kifayətdir. Bundan başqa, aparat fövqəladə hallar üçün paraşütlə təchiz edilib.
Dronun maksimum sürəti 110 km/saat təşkil edir və maksimum uçuş məsafəsi 110 kilometrdir. “SureFly” aparatının yükqaldırma qabiliyyəti 180 kq təşkil edir və multikopterin öz çəkisi isə 500 kq-dır. Kabinədə qurulmuş coystik pilotsuz uçan aparatın əsas idarəetmə vasitəsidir.
Şirkətin məlumatına görə, dron hələ ki havaya qalxmayıb. “SureFly” dronunun ilk uçuşu cari ilin sonuna planlaşdırılıb və 2019-cu ildə sertifikatlaşdırmadan keçməlidir. Bundan sonra istehsalçılar 200 min ABŞ dolları dəyərində qiymətləndirilən aparatın satışına başlamaq niyyətindədir.
Emil Hüseynov
Baxış sayı: 367
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet