12px13px15px17px
Tarix:29/06/17

“iOS 11” sisteminin beta sınaqları başa çatıb

“iOS 11” əməliyyat sisteminin beta testinin başa çatmasına görə bundan sonra ondan sistemlə uyğunluq təşkil edən bütün “Apple” qurğu istifadəçiləri yararlana biləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, məlumata görə, “iPhone 5s”, “iPhone SE”, “iPhone 6” və “6 Plus”, “iPhone 6s” və “6s Plus”, “iPhone 7” və “7 Plus” smartfonlarının, eləcə də “iPad mini 3”, “iPad 4” (və mini 4), “iPad Air” və “Air 2”, “iPad Pro 9.7”, “iPad Pro 10.5”, “iPad Pro 12.9” (birinci və ikinci nəsil) planşetlərinin istifadəçiləri “iOS 11” sistemini yeniləyərək quraşdıra biləcək.

Bundan əvvəl “iOS 11” əməliyyat sisteminin beta versiyasından yalnız “Apple” platforması üçün tərtibatçı kimi qeydiyyatdan keçən şəxslər istifadə edə bilib.

Sistemdə yer alan yeniliklər arasında, məsələn, təkmilləşdirilən “Siri” köməkçi funksiyasını (indi həmçinin mətnli komandaları dəstəkləyir), ekrandan video yazmaq imkanını, yeni quraşdırılmış fayl menecerini, portret rejimində dəyişiklikləri və s. qeyd etmək olar.

Həmçinin, istifadəçi interfeysində ciddi dəyişikliklər baş verib. Belə ki, indi o, “3D Touch” funksiyasını daha sıx dəstəkləyir.

“iOS 11” əməliyyat sisteminin son versiyasının payızda buraxılacağı gözlənilir. O vaxtadək ABŞ istehsalçısı yay ərzində bir neçə test yeniləməsi təqdim etməyi nəzərdə tutur.

Nizam Nuriyev 




Baxış sayı: 434

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024