12px13px15px17px
Tarix:30/06/17

Virtual reallıqda ağrı və temperaturu hiss etmək reallığa çevrilir

"Tegway" şirkətinin tərtibatçıları tərəfindən virtual reallıq üçün yaradılmış oyun kontrolleri prototipi oyunçuya ovucu ilə ağrını və temperatur dəyişikliyini hiss etməyə imkan verəcək. Bu günlərdə  San-Fransiskoda keçirilmiş tədbirdə istehsalçılar yeni texnologiyanı nümayiş etdiriblər.

"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, kontrollerə elektrik enerjisi verildikdə o öz temperaturunu dəyişdirir, buna görə virtual reallıqda belə cihazdan istifadə çox maraqlıdır: oyun zamanı alova çox yaxınlaşan istifadəçi onu öz əlləri ilə hiss edə biləcək, çünki kontroller qızacaq. Həmçinin soyuq əşyaları hiss etmək mümkün olacaq.

Kontroller hələ tam hazır deyil, buna görə yaxın vaxtlarda satışa çıxarılmayacaq.

Emil Hüseynov






Baxış sayı: 534

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 May 2024

03 05 2024