12px13px15px17px
Tarix:30/06/17

“ICQ” istifadəçiləri qrup şəklində videozənglərdən yararlana biləcək

“ICQ” messencerində “Mac” və “Windows” əməliyyat sistemləri üçün audio və videozənglər funksiyası istifadəyə verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, beləliklə, “ICQ” istifadəçiləri bundan sonra üç və ya dörd həmsöhbətin iştirakı ilə kollektiv zənglər yaratmaq imkanı əldə edəcək. Bundan əlavə, kompüter versiyaları üçün danışığa “ICQ” mobil əlavə istifadəçilərini dəvət etmək mümkün olub.

Qeyd edək ki, indi istifadəçilər videonu danışıq zamanı (çatda) yükləmək və baxmaq imkanından yararlana bilər. Həmçinin, sitat gətirmə funksiyası təkmilləşdirilib. Müəyyən sitata istinad etmək üçün söhbət iştirakçısı bunu düyməyə yalnız bir dəfə basmaqla edə biləcək. Bundan əlavə, buraxılmış bildirişləri əvvəlcədən oxumaq imkanı diqqəti xüsusi cəlb edir.

Şirkət nümayəndələrinin sözlərinə görə, yenilənmiş proqramın son kodu “GitHub” saytında yerləşdirilib. “Mac” və “Windows” sistemləri üçün masaüstü kompüter proqramlarının yeni versiyalarından rəsmi saytda istifadə mümkündür.

Nizam Nuriyev 




Baxış sayı: 402

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024