12px13px15px17px
Tarix:30/06/17

“Ağıllı” üzük kredit kartlarını əvəz edəcək

Qurğu istehsalçılarının indiyədək geniş funksionallığa malik müxtəlif “ağıllı” üzüklər təqdim etmələrinə baxmayaraq bu mobil qurğular vasitəsilə alış-veriş üçün ödənişlər etmək və ya avtomobili işə salmaq qeyri-mümkün olub. Bu dəfə isə “Tokenize Inc.” şirkəti bunu özündə “NFC” və “Bluetooth” funksiyalarını birləşdirməklə kredit kartlarını, qıfıl açarlarını və ya digər qurğuların parollarını əvəz etməyə imkan verən yeni “ağıllı” “Token” üzüyü vasitəsilə dəyişməyə hazırlaşır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, “Tokenize Inc.” üzüyü kredit kartları funksiyası ilə təmin etmək üçün “MasterCard” və “Visa” ilə tərəfdaşlıq haqqında saziş imzalayıb. Bundan başqa, dünyanın 50-dən çox nəqliyyat şirkəti “Token” üzüyünün köməyi ilə biletlər üçün ödənişləri dəstəkləyəcək.

“Token Door Lock” qıfıl proqramı sayəsində üzükdən evin açarı kimi istifadə mümkün olacaq, lakin qıfıl qurğu dəstinə daxil deyil. Şirkətin məlumatına görə, gələcəkdə üzüklə işləyən komponentlər siyahısı genişləndiriləcək.

“Token” üzüyünün maraqlı xüsusiyyətlərindən biri onun avtomobil açarı kimi işləməsidir. Lakin bunun üçün nəqliyyat vasitəsinin interfeysinin yenilənməsi tələb olunur.

İnsan həyatının əksər vacib aspektlərindən istifadəni təmin edən qurğu etibarlı təhlükəsiz sistemə ehtiyac duyur. Bu məqsədlə üzüyün içəri hissəsində onu taxmazdan əvvəl istifadə ediləcək barmaq izi ötürücüsü quraşdırılıb. Üzük çıxarılan zaman sistem bloka düşür və yalnız barmaq izinin təkrar yoxlanışından sonra işi davam etdirməyə imkan verir.

Sukeçirməz korpusa malik qurğunun quraşdırılmış akkumulyatoru enerji ilə tam doldurulmaqla 14 gün istifadə üçün hesablanıb.

“Ağıllı” “Token” üzüyü üçün ilkin sifarişlər 249 dollara qəbul edilir. İlkin tədarüklərə cari ilin sonunda başlamaq nəzərdə tutulur.

Nizam Nuriyev
 

Token Launch Video from Token on Vimeo.





Baxış sayı: 393

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024