Tarix:30/06/17
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, tərtibatçılar “YouTube”-un “Viber” messencerinin çatları ilə inteqrasiyasını ən vacib yenilik adlandırıblar. “YouTube” çarxlarına istinadlar “Viber” istifadəçiləri tərəfindən göndərilən ən populyar məzmun formalarından biridir. Bundan sonra istifadəçilər söhbəti tərk etmədən “Viber”də çatın pəncərəsində “YouTube”-da video axtara, göndərə və hətta izləyə bilərlər.
Bundan başqa, istifadəçilər, həmçinin “Spotify” xidməti vasitəsilə yeni musiqi axtara və onu dostlarla paylaşa bilərlər. Bəyəndiyiniz musiqini dərhal çatın pəncərəsində paylaşa bilərsiniz.
“Vice” xidməti ilə inteqrasiya nəticəsində indi “Viber” messencerində ən son xəbərlər əlçatan olacaq.
Həmçinin “Viber” istifadəçiləri asanlıqla səyahəti planlaşdıra biləcəklər. “Booking.com” servisi ilə inteqrasiya nəticəsində messencerdə otel haqda informasiyanı birgə səyahət etməyi planlaşdırdığınız şəxsə göndərmək mümkün olacaq.
Emil Hüseynov
“Viber” messencerində yeni funksiyalar istifadəyə verilib
“Viber” messencerinin tərtibatçıları istifadəçilərə yazışma zamanı kənar xidmətlərə sürətli giriş imkanı verən çatlar üçün genişlənmələrin tam yeniləməsini elan ediblər. Bu funksiya ilk dəfə hələ 2016-cı ilin dekabrında istifadəyə verilib. “Viber” messencerinin 800 milyondan çox istifadəçisi çatlar üçün genişlənmələrin köməyi ilə çatın pəncərəsini tərk etmədən başqa şirkətlərin məzmun və xidmətlərini axtara və paylaşa bilərlər. Tərtibatçılar son yeniləmədə “Viber” messencerinə inteqrasiya edilmiş böyük servislərin sayını artırıblar.“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, tərtibatçılar “YouTube”-un “Viber” messencerinin çatları ilə inteqrasiyasını ən vacib yenilik adlandırıblar. “YouTube” çarxlarına istinadlar “Viber” istifadəçiləri tərəfindən göndərilən ən populyar məzmun formalarından biridir. Bundan sonra istifadəçilər söhbəti tərk etmədən “Viber”də çatın pəncərəsində “YouTube”-da video axtara, göndərə və hətta izləyə bilərlər.
Bundan başqa, istifadəçilər, həmçinin “Spotify” xidməti vasitəsilə yeni musiqi axtara və onu dostlarla paylaşa bilərlər. Bəyəndiyiniz musiqini dərhal çatın pəncərəsində paylaşa bilərsiniz.
“Vice” xidməti ilə inteqrasiya nəticəsində indi “Viber” messencerində ən son xəbərlər əlçatan olacaq.
Həmçinin “Viber” istifadəçiləri asanlıqla səyahəti planlaşdıra biləcəklər. “Booking.com” servisi ilə inteqrasiya nəticəsində messencerdə otel haqda informasiyanı birgə səyahət etməyi planlaşdırdığınız şəxsə göndərmək mümkün olacaq.
Emil Hüseynov
Baxış sayı: 337
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet