Tarix:01/07/17
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “SkEye” kamerası əksər pilotsuz uçan aparatlarda quraşdırılan modifikasiya edilmiş “Visual Intelligence” (VISINT) sistemi sayəsində böyük ərazidə çəkiliş apara bilir. Bundan başqa, kamera zərurət yarandıqda yerin yalnız konkret hissəsini çəkir. Pilotsuz uçan aparatın elektron-optik cihazlarından əldə olunan informasiya ilkin emal sisteminə ötürülərək yerli məlumat bazasında saxlanılır.
Məlumata görə, bir sıra proqram dəyişikliklərindən sonra məlumat axını idarəetmə mərkəzinə ötürülür və burada şəkilin daxil edilməsi ilə yanaşı, “bulud” saxlancında onların ehtiyat surətləri çıxarılır. “Bulud” saxlanc sisteminin konfiqurasiyası saxlanılan məlumatlara eyni anda 10 operatorun müraciət etməsinə imkan verir.
Bundan əlavə, “SkEye” lazımi obyekt və ya hadisələrin (məsələn, yanğın və ya oğurlanmış nəqliyyat vasitəsində cinayətkarın axtarışı) kameranın əhatə dairəsinə düşməsi zamanı işə salınan siqnalizasiya ilə təchiz edilib. Konstruktorların sözlərinə görə, “SkEye” həm pilotlu təyyarələrdə, həm də pilotsuz uçan aparatlarda quraşdırıla bilər. Kameranın universal olması səbəbindən təyyarə sinfi rol oynamır.
Nizam Nuriyev
Bir milyard piksel təsvir ölçülü kamera təqdim olunub
Parisdə keçirilən Le Burje beynəlxalq aviasalonunda İsrailin “Elbit Systems” şirkəti “SkEye Wide-Area Persistent Surveillance” kamerasını ilk dəfə nümayiş etdirib. Yeni texnologiya hava videomüşahidəsi üçün 1 milyard piksel təsvir ölçüsünə malik qabaqcıl kamera olmaqla yanaşı, 80 kvadratmetr ərazini əhatə etməklə məlumatları real vaxt rejimində ötürməsi ilə seçilir.“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “SkEye” kamerası əksər pilotsuz uçan aparatlarda quraşdırılan modifikasiya edilmiş “Visual Intelligence” (VISINT) sistemi sayəsində böyük ərazidə çəkiliş apara bilir. Bundan başqa, kamera zərurət yarandıqda yerin yalnız konkret hissəsini çəkir. Pilotsuz uçan aparatın elektron-optik cihazlarından əldə olunan informasiya ilkin emal sisteminə ötürülərək yerli məlumat bazasında saxlanılır.
Məlumata görə, bir sıra proqram dəyişikliklərindən sonra məlumat axını idarəetmə mərkəzinə ötürülür və burada şəkilin daxil edilməsi ilə yanaşı, “bulud” saxlancında onların ehtiyat surətləri çıxarılır. “Bulud” saxlanc sisteminin konfiqurasiyası saxlanılan məlumatlara eyni anda 10 operatorun müraciət etməsinə imkan verir.
Bundan əlavə, “SkEye” lazımi obyekt və ya hadisələrin (məsələn, yanğın və ya oğurlanmış nəqliyyat vasitəsində cinayətkarın axtarışı) kameranın əhatə dairəsinə düşməsi zamanı işə salınan siqnalizasiya ilə təchiz edilib. Konstruktorların sözlərinə görə, “SkEye” həm pilotlu təyyarələrdə, həm də pilotsuz uçan aparatlarda quraşdırıla bilər. Kameranın universal olması səbəbindən təyyarə sinfi rol oynamır.
Nizam Nuriyev
Baxış sayı: 329
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet