Tarix:03/07/17
“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” resursuna istinadən yazır ki, bu, gecə vaxtı gözə yüklənməni azaltmaq üçün proqramın interfeysini dəyişdirən gecə rejimi deyil. İndiki halda “Night Mode” rejimi kameranın işinin təkmilləşdirilməsi və zəif işıqlanma şəraitində çəkilmiş şəkillərin keyfiyyətinin artırılmasını nəzərdə tutur. Sözügedən funksiya, həmçinin videozənglərdə dəstəklənə bilər.
Tərcümə üçün sorğu “iPhone” üçün nəzərdə tutulub. Ona görə yeni funksiya, çox güman, ilk öncə “iOS” sistemində, bundan sonra isə “Android” sistemində əlçatan olacaq.
“WhatsApp” messencerində kameranın interfeysi çox sadədir və başqa proqramların interfeysini xatırladır. Filtr dəstəyi yoxdur, amma miqyası böyütmək, işıqlandırmanı aktivləşdirmək üçün düymə və əsas kameradan ön kameraya keçmək üçün çevirici var.
Emil Hüseynov
“WhatsApp” messencerində gecə rejimi istifadəyə veriləcək
Auditoriyası 1,2 milyard istifadəçidən ibarət olan populyar “WhatsApp” messencerində yeni faydalı funksiyalar istifadəyə verilə bilər. Mobil proqramın lokallaşdırılmasına həsr edilmiş səhifədə “Night Mode” (gecə rejimi) sözlərindən ibarət sorğu meydana çıxıb.“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” resursuna istinadən yazır ki, bu, gecə vaxtı gözə yüklənməni azaltmaq üçün proqramın interfeysini dəyişdirən gecə rejimi deyil. İndiki halda “Night Mode” rejimi kameranın işinin təkmilləşdirilməsi və zəif işıqlanma şəraitində çəkilmiş şəkillərin keyfiyyətinin artırılmasını nəzərdə tutur. Sözügedən funksiya, həmçinin videozənglərdə dəstəklənə bilər.
Tərcümə üçün sorğu “iPhone” üçün nəzərdə tutulub. Ona görə yeni funksiya, çox güman, ilk öncə “iOS” sistemində, bundan sonra isə “Android” sistemində əlçatan olacaq.
“WhatsApp” messencerində kameranın interfeysi çox sadədir və başqa proqramların interfeysini xatırladır. Filtr dəstəyi yoxdur, amma miqyası böyütmək, işıqlandırmanı aktivləşdirmək üçün düymə və əsas kameradan ön kameraya keçmək üçün çevirici var.
Emil Hüseynov
Baxış sayı: 352
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet