12px13px15px17px
Tarix:04/07/17

“Panasonic” şirkəti hibrid formalı biznes noutbukunu təqdim edib

“Panasonic” şirkəti hibrid formalı təhlükəsiz “Toughbook CF-XZ6” noutbukunu təqdim edib. Yeni cihaz şirkət top menecerləri, biznes konsultant, merçendayzer, auditor və dövlət qulluqçuları üçün nəzərdə tutulub.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Panasonic Toughbook CF-XZ6” cihazı 2160x1440 piksel təsvir ölçülü 12 düymlük ekran, yeddinci nəsil “Intel Core i5-7300U vPro” prosessoru, 8 QB-lıq əməli yaddaş və 256 QB-lıq sərtgövdəli daşıyıcı ilə təchiz edilib.

Leptopun qapağını ayırmaqla onu planşetə çevirmək mümkündür. “CF-XZ6” modeli “Panasonic Toughbook” seriyasında dördüncü qurğudur. Cihazın çəkisi 1,18 kq-dır, planşetin çəkisi isə 640 qr-dır. Yeni model 76 sm hündürlükdən yerə düşməyə davamlıdır.

Real vaxt rejimində videokonfransların təşkili və ya foto sənədlərin saxlanılması üçün ön və əsas kameralardan istifadə edilə bilər. Əsas kameranın təsvir ölçüsü 8 meqapikseldir.
Qurğu noutbuk rejimində 14 saatadək fasiləsiz işləyə bilər.

“Toughbook CF-XZ6” biznes noutbukunun qiyməti təxminən 2000 dollar təşkil edir.

Emil Hüseynov




Baxış sayı: 322

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024