Tarix:05/07/17
Bərabərtərəfli üçbucaq formasında olan hər bir xana piyadaların addımlarından əldə olunan enerjini 5 vatt gücündə elektrik enerjisinə çevirir. Toplanmış elektrik enerjisi daha sonra küçələrin işıqlandırılmasında, quşların səsi şəklində səsli fonun yaradılmasında, həmçinin "Bluetooth" ötürücü aparatların işləməsində istifadə edilir.
"ICTnews" Elektron Xəbər Xidməti "techcult.ru" saytına istinadən yazır ki, bu küçə üzrə hərəkət edən piyadalar smartfon üçün xüsusi mobil proqramın köməyi ilə yaratdıqları enerjinin miqdarını görmək və hətta buna görə xüsusi endirim və kuponları əldə etmək imkanına malikdirlər.
Bundan başqa, bu küçədə "Airlabs" şirkətinin "ClearAir" adlı möcüzəvi skamyası qurulub. Bu skamya çirkli havanı "udur" və onu təmizlədikdən sonra xüsusi dəliklər vasitəsilə təmiz havanı geri qaytarır.
"Berd street" küçəsinin bəzi sahələrinin rənglənməsində "Airlite" su əsaslı boyadan istifadə edilib. Mütəxəssislər əmin edirlər ki, bu boya havadan azot oksidi azad edir, zərərli bakteriyaları məhv edir və tozu uzaqlaşdırır.
Emil Hüseynov
Londonda küçələrdən birində addımlardan elektrik enerjisi yaradan örtük qurulub
Londonda yerləşən "Bird street" küçəsi indiyədək başqa minlərlə küçədən heç nə ilə fərqlənmirdi. İndi isə yeni şəhər texnologiyalarının tətbiqi sayəsində bu küçə populyarlıq qazanıb. Britaniyanın "Pavegen" şirkəti piyadalar üçün yollardan birinə 107 kvadrat metr sahəyə malik örtük quraşdırıb.Bərabərtərəfli üçbucaq formasında olan hər bir xana piyadaların addımlarından əldə olunan enerjini 5 vatt gücündə elektrik enerjisinə çevirir. Toplanmış elektrik enerjisi daha sonra küçələrin işıqlandırılmasında, quşların səsi şəklində səsli fonun yaradılmasında, həmçinin "Bluetooth" ötürücü aparatların işləməsində istifadə edilir.
"ICTnews" Elektron Xəbər Xidməti "techcult.ru" saytına istinadən yazır ki, bu küçə üzrə hərəkət edən piyadalar smartfon üçün xüsusi mobil proqramın köməyi ilə yaratdıqları enerjinin miqdarını görmək və hətta buna görə xüsusi endirim və kuponları əldə etmək imkanına malikdirlər.
Bundan başqa, bu küçədə "Airlabs" şirkətinin "ClearAir" adlı möcüzəvi skamyası qurulub. Bu skamya çirkli havanı "udur" və onu təmizlədikdən sonra xüsusi dəliklər vasitəsilə təmiz havanı geri qaytarır.
"Berd street" küçəsinin bəzi sahələrinin rənglənməsində "Airlite" su əsaslı boyadan istifadə edilib. Mütəxəssislər əmin edirlər ki, bu boya havadan azot oksidi azad edir, zərərli bakteriyaları məhv edir və tozu uzaqlaşdırır.
Emil Hüseynov
Baxış sayı: 535
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı