Tarix:06/07/17
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, 18,7-19,2 kilohers takt tezlikli siqnalı istənilən mobil qurğudan, məsələn, smartfondan səsləndirmək mümkündür. Bunun üçün qurğunu bilet haqqında informasiyanı oxuyaraq istifadəçinin şəxsiyyətini təsdiq edən xüsusi skanerə yaxınlaşdırmaq tələb olunur.
Mütəxəssislərin sözlərinə görə, texnologiya simsiz internetə çıxış, “Bluetooth” interfeysi və ya “NFC” modulundan istifadəni tələb etmir. Hazırlanan biletlərin tətbiqi üçün yeganə tələb olunan qurğu “Android” və ya “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon, eləcə də səsli siqnalları təhlil edən skanerdir.
Hazırda şirkətlər texnologiyanın təhlükəsizlik səviyyəsinin artırılması ilə məşğuldurlar. Həmçinin, şirkətlərin nümayəndələri qeyd edib ki, texnologiyanın tətbiqi üçün az maddi vəsaitə ehtiyac duyulur.
Məhsulun hazır versiyasının yaxın dörd il ərzində ərsəyə gətiriləcəyi gözlənilir.
Nizam Nuriyev
Səsli siqnal kağız biletləri əvəz edəcək
“Ticketmaster” şirkəti “Lisnr” startapı ilə birlikdə yüksəktezlikli siqnallardan bilet qismində istifadəyə imkan verəcək texnologiya hazırlayır.“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, 18,7-19,2 kilohers takt tezlikli siqnalı istənilən mobil qurğudan, məsələn, smartfondan səsləndirmək mümkündür. Bunun üçün qurğunu bilet haqqında informasiyanı oxuyaraq istifadəçinin şəxsiyyətini təsdiq edən xüsusi skanerə yaxınlaşdırmaq tələb olunur.
Mütəxəssislərin sözlərinə görə, texnologiya simsiz internetə çıxış, “Bluetooth” interfeysi və ya “NFC” modulundan istifadəni tələb etmir. Hazırlanan biletlərin tətbiqi üçün yeganə tələb olunan qurğu “Android” və ya “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon, eləcə də səsli siqnalları təhlil edən skanerdir.
Hazırda şirkətlər texnologiyanın təhlükəsizlik səviyyəsinin artırılması ilə məşğuldurlar. Həmçinin, şirkətlərin nümayəndələri qeyd edib ki, texnologiyanın tətbiqi üçün az maddi vəsaitə ehtiyac duyulur.
Məhsulun hazır versiyasının yaxın dörd il ərzində ərsəyə gətiriləcəyi gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 359
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı