12px13px15px17px
Tarix:06/07/17

“Snapchat” messencerində səs filtrləri və linklər əlçatan olub

Populyar “Snapchat” mobil proqramının tərtibatçıları yeni imkanlar əlavə edən yeniləmə təqdim ediblər. Birincisi, indi dərcə linklər əlavə etmək olar. Bunun üçün sancaq piktoqramına sıxmaq lazımdır.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, ikincisi, şəklin fonunu dəyişdirmək imkanı mümkündür. Bunun üçün qayçı ikonkasını seçib açılan menyudan yeni ikonkaya daxil olub lazımi arxa fon şablonunu seçmək lazımdır.

Üçüncüsü, mobil proqramda istifadəyə verilmiş səs filtrlərinin köməyi ilə öz səsini və dostların səsini dəyişdirmək olar.

Emil Hüseynov






Baxış sayı: 355

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 May 2024

03 05 2024