12px13px15px17px
Tarix:06/07/17

“Intelsat 35e” peyki orbitə çıxarılıb

ABŞ-ın "SpaceX" şirkəti "Intelsat 35e" telekommunikasiya peykini orbitə çıxarıb. "Falcon 9" raketdaşıyıcısının buraxılışı Kanaveral kosmodromundan həyata keçirilib.

"ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən yazır ki, "SpaceX" peyklə təchiz edilən raketdaşıyıcısının buraxılışını iki dəfə təxirə salıb. Əvvəlcə raketin buraxılışı iyulun 2-nə nəzərdə tutulsa da, naviqasiya sistemində nasazlığa görə 1 gün ertələnib. İyulun 3-də şirkət yenidən raketin startını həyata keçirməyə çalışıb, lakin buraxılışa bir neçə saniyə qalmış uçuş ləğv edilib.

Məlumata görə, "Intelsat 35e" adlanan aparat yüksək siqnal buraxılışı qabiliyyətinə malik geostasionar peyklər sinfinə aiddir.

Çəkisi 6 ton təşkil edən "Intelsat 35e" ABŞ-ın "Boeing" şirkəti tərəfindən hazırlanıb və Şimali və Cənubi Amerika, Avropa və Afrika ərazisində telekommunikasiya xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulub. Mənzil-qərargahı Lüksemburqda yerləşən "Intelsat" beynəlxalq konsorsiumuna məxsus aparatın hesablanmış istismar müddəti 15 il təşkil edir.

Nizam Nuriyev 




Baxış sayı: 342

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024