12px13px15px17px
Tarix:08/07/17

“Nokia” şirkəti yeni smartfonunu təqdim etməyə hazırlaşır

Cari ay dünyada yeni "Nokia 3", "Nokia 5" və "Nokia 6" smartfonlarının satışına start veriləcək. Məlumata görə, cari ilin sonuna kimi indi "Nokia" brendinə məxsus smartfonların buraxılışı ilə məşğul olan "HMD Global" şirkəti bir neçə model, həmçinin "Nokia 9" smartfonunu təqdim etmək niyyətindədir. Sonuncu cihaz haqda internetdə kifayət qədər şayiə yayılıb, həmçinin cihazın real şəkilləri yerləşdirilib. Amma əgər son məlumatlara inansaq, növbəti təqdim ediləcək smartfon "Nokia 8" olacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru saytına istinadən yazır ki, internetdə yayılmış şəkillərdən göründüyü kimi, "Nokia 8" smartfonu nazik çərçivəli və bükük displeylə təchiz ediləcək. Aparat qara, qızıl, göy və bənövşəyi daxil olmaqla bir neçə rəngdə buraxılacaq.
 
Məlumata görə, yeni aparat 5,3 düymlük "QHD" təsvir ölçülü ekran, "Snapdragon 835" prosessoru, 4 və ya 6 QB-lıq əməli yaddaş və 64 QB-lıq daxili yaddaş qurğusu ilə təchiz ediləcək.
 
Emil Hüseynov




Baxış sayı: 344

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024