12px13px15px17px
Tarix:10/07/17

“Windows 10” sisteminin yeni quraşdırmasında istifadəçi interfeysi yenilənib

Bu ilin sentyabrında “Windows 10” əməliyyat sisteminin növbəti böyük yeniləməsi (Fall Creators Update) təqdim ediləcək. İstifadəçiləri bir çox müxtəlif dəyişikliklər gözləyir, amma ən vacib “Fluent Design System” adlı yenilənmiş istifadəçi interfeysidir. İndiyədək “Windows 10” sisteminin test quraşdırmalarında istifadəçilər yalnız bəzi ayrı-ayrı proqramlarda yeni interfeysin elementlərini görə bilirdilər, indi isə “Microsoft” bütün sistemin interfeysini dəyişir. Yaxın vaxtlarda çıxarılmış 16237 nömrəli quraşdırmada böyük miqdarda yenilik və düzəliş təqdim edilib, amma əsas diqqət “Windows Shell” və “Edge” brauzerinə yönəldilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Windows 10” əməliyyat sistemi yüksək təsvir ölçülü ekranlar üçün optimallaşmayıb. Belə ekranlarda interfeys elementləri çox kiçik görsənir, proqram pəncərələri isə aydın deyil. “Microsoft” tərtibatçıları yeni quraşdırmada bunları nəzərə alıblar və indi sistem təsvir ölçüsünü avtomatik təyin edəcək. İstifadəçi sazlamaları özü dəyişdirdiyi halda yeni parametrlərin işə düşməsi üçün konkret proqramı yenidən işə salmaq kifayətdir. Bundan əvvəl kompüteri yenidən yükləmək lazım idi.
 
Emil Hüseynov




Baxış sayı: 498

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024