Tarix:10/07/17
“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuda “Office 365” proqram paketi və “Skype” biznes versiyası quraşdırılıb. Modelin əsasını 1,1-2,4 QHs takt tezlikli ikinüvəli “Intel Celeron N3350” prosessoru, 2 giqabaytlıq operativ və “eMMC” formatlı 32 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir.
Həmçinin, qurğu “Wi-Fi” və “Bluetooth 4.0” modullarına malikdir. İki “USB 2.0” çıxışı vasitəsilə proyektora “mouse” və klaviatura qoşmaq mümkündür. Bundan başqa, “HDMI” portu və quraşdırılmış mikrofon nəzərdə tutulub.
Parlaqlığı 1000 ANSI lümenə çatan proyektorun istismar müddəti 30 min saata bərabərdir. Qabaritləri 345х338х57 mm, çəkisi 1,5 kq təşkil edən “Lightank W100” proyektorunun qiyməti 735 dollardır.
Nizam Nuriyev
“Ağıllı” “Lightank W100” proyektoru satışa çıxarılıb
Mahiyyət etibarilə fərdi kompüter rolunu oynayan qeyri-adi “Lightank W100” proyektorunun satışlarına başlanılıb.“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuda “Office 365” proqram paketi və “Skype” biznes versiyası quraşdırılıb. Modelin əsasını 1,1-2,4 QHs takt tezlikli ikinüvəli “Intel Celeron N3350” prosessoru, 2 giqabaytlıq operativ və “eMMC” formatlı 32 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir.
Həmçinin, qurğu “Wi-Fi” və “Bluetooth 4.0” modullarına malikdir. İki “USB 2.0” çıxışı vasitəsilə proyektora “mouse” və klaviatura qoşmaq mümkündür. Bundan başqa, “HDMI” portu və quraşdırılmış mikrofon nəzərdə tutulub.
Parlaqlığı 1000 ANSI lümenə çatan proyektorun istismar müddəti 30 min saata bərabərdir. Qabaritləri 345х338х57 mm, çəkisi 1,5 kq təşkil edən “Lightank W100” proyektorunun qiyməti 735 dollardır.
Nizam Nuriyev
Baxış sayı: 377
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet