12px13px15px17px
Tarix:11/07/17

Hava proqnozu mobil siqnalların təhlili əsasında veriləcək

Sinoptiklər 2020-ci ilədək mobil telefon siqnallarından istifadə etməklə yağıntının miqdarını proqnozlaşdıra biləcəklər. Yeni texnologiyadan Böyük Britaniyanın Meteorologiya Xidməti (Met Office) istifadə etməyi planlaşdırır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, texnologiya bu prinsip üzrə işləyir: mobil rabitə qüllələrinin ötürdüyü yüksəktezlikli radiodalğaları havada yağış damcıları udur. Bu isə o deməkdir ki, siqnal səviyyəsi qüllələr arasında düşən yağıntının miqdarından asılı olaraq dəyişir. Bu məlumatlardan istifadə edən sinoptiklər kiçik ərazilər üçün havanı izləyərək proqnoz verə biləcəklər. Ekspertlərin sözlərinə görə, proqnozun dəqiqliyi 2020-ci ildə Britaniyada “5G” mobil rabitə şəbəkəsi istifadəyə verilən zaman maksimum səviyyəyə çatacaq.
 
Meteoroloji xidmətin elmi əməkdaşı Malkolm Kitçin bildirib ki, yeni “5G” şəbəkəsi daha yüksək baza stansiya sıxlığına və daha yüksək tezliklərə malik olacaq. “Bu, bizə yağıntının miqdarı barədə ətraflı məlumat verə bilər”, - o vurğulayıb.
“Met Office” mütəxəssisləri yeni üsuldan ənənəvi meteoroloji stansiyalara əlavə qismində istifadəni planlaşdırırlar. Həmçinin, onlar gələcəkdə avtomobillərdə temperatur cihazlarının topladığı informasiyadan yararlanmağı ümid edirlər.
 
Qeyd edək ki, hazırda sinoptiklər dünyada yerləşən meteostansiya şəbəkəsindən daxil olan informasiyanı yığmaqla məşğuldurlar. Lakin ortamüddətli proqnozların (36 saatdan 1 sutkayadək) dəqiqliyi 65 faizə yaxındır.

Nizam Nuriyev 




Baxış sayı: 600

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024