Tarix:12/07/17
“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, buna görə müasir və dəqiq diaqnoz indiki halda son dərəcə mühümdür. Stenford Universitetinin alimlərdən ibarət komandası aritmiyanın diaqnozu üçün effektiv üsul ixtira edib. Belə ki, alimlər aritmiyanın 14 tipini aşkar edən neyron şəbəkəsinə əsaslanan alqoritm yaradıblar. Testlərin nəticələrinə əsasən, demək olar ki, yeni alqoritmin işi peşəkar kardioloqlardan geri qalmır.
Alimlər süni intellekti öyrətmək üçün ürək çatışmazlığının monitorinqi üçün cihazların yaradılması ilə məşğul olan “iRhythm” şirkəti tərəfindən təqdim edilmiş verilənlər bazasından istifadə ediblər. Məlumata görə, bu məlumatlar real diaqnostik prosedurlar zamanı toplanılıb. Elektrokardioqrafiya aritmiyanın mövcudluğunu həmişə düzgün göstərmədiyinə görə, Qərbdə həkimlər pasiyentin nəbzini fasiləsiz 2 həftə izləməyə imkan verən daşınan elektrokardioqrafik qurğulardan istifadə edirlər. Britaniyalı alimlər bu məlumatlardan istifadə ediblər.
Onların sözlərinə görə, neyron şəbəkəsinin öyrədilməsinə 7 ay vaxt sərf edilib. Nəticədə süni intellekt elektrokardioqrafiyanın nəticələrinə görə aritmiyanın 14 tipini aşkar etməyi öyrənib.
Testlərin nəticələrinə görə, məlum olub ki, alqoritmin işi kardioloqlardan geri qalmır. Bundan başqa, alqoritm bəzi hallarda aritmiyanın iki oxşar tipini yüksək dəqiqliklə bir-birindən ayırıb: onlardan biri həyat üçün təhlükəlidir.
Britaniyalı alimlər aritmiyanı yüksək dəqiqliklə aşkar edən alqoritm yaradıblar
Aritmiya tibdə çox mübahisəli hal sayılır, çünki onun bəzi növləri, demək olar ki, zərərsizdir: ürək ritminin pozulmasından əziyyət çəkən bir çox insanlar uzun illər yaşaya bilərlər, halbuki bu patologiyanın başqa növləri ciddi təhlükədir və hətta ölümə səbəb ola bilər.“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, buna görə müasir və dəqiq diaqnoz indiki halda son dərəcə mühümdür. Stenford Universitetinin alimlərdən ibarət komandası aritmiyanın diaqnozu üçün effektiv üsul ixtira edib. Belə ki, alimlər aritmiyanın 14 tipini aşkar edən neyron şəbəkəsinə əsaslanan alqoritm yaradıblar. Testlərin nəticələrinə əsasən, demək olar ki, yeni alqoritmin işi peşəkar kardioloqlardan geri qalmır.
Alimlər süni intellekti öyrətmək üçün ürək çatışmazlığının monitorinqi üçün cihazların yaradılması ilə məşğul olan “iRhythm” şirkəti tərəfindən təqdim edilmiş verilənlər bazasından istifadə ediblər. Məlumata görə, bu məlumatlar real diaqnostik prosedurlar zamanı toplanılıb. Elektrokardioqrafiya aritmiyanın mövcudluğunu həmişə düzgün göstərmədiyinə görə, Qərbdə həkimlər pasiyentin nəbzini fasiləsiz 2 həftə izləməyə imkan verən daşınan elektrokardioqrafik qurğulardan istifadə edirlər. Britaniyalı alimlər bu məlumatlardan istifadə ediblər.
Onların sözlərinə görə, neyron şəbəkəsinin öyrədilməsinə 7 ay vaxt sərf edilib. Nəticədə süni intellekt elektrokardioqrafiyanın nəticələrinə görə aritmiyanın 14 tipini aşkar etməyi öyrənib.
Testlərin nəticələrinə görə, məlum olub ki, alqoritmin işi kardioloqlardan geri qalmır. Bundan başqa, alqoritm bəzi hallarda aritmiyanın iki oxşar tipini yüksək dəqiqliklə bir-birindən ayırıb: onlardan biri həyat üçün təhlükəlidir.
Baxış sayı: 393
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet