12px13px15px17px
Tarix:13/07/17

Gözdən əlillər üçün “Microsoft” mobil əlavəsi təqdim olunub

“Microsoft” korporasiyası gözdən əlillər və zəif görən insanlar üçün gündəlik həyatda yardımçı rolunu oynayacaq “Seeing AI” mobil proqramını təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, işində kompüter təlimi alqoritmlərinin istifadə olunduğu əlavə insanları və onların emosiyalarını tanımağa, mətni oxumağa, pul əskinaslarını və sənədləri müəyyənləşdirməyə, məhsulların üzərindəki ştrix-kodlar haqqında informasiya öyrənməyə, fotoşəkilləri hiss etməyə imkan verir.
 
Məlumata görə, kamera üçün intellektual əlavə istifadəçiyə smartfonu qarşısında saxlayaraq ətrafdakı dünya haqqında informasiyanı dinləməyə şərait yaradır.
 
Vizual obrazların tanınması yenilik olmasa da, “Microsoft” texnologiyanı əhəmiyyətli dərəcədə təkmilləşdirib. Məsələn, gözü zəif görən istifadəçi kameranı sənədin üzərinə yönəldən zaman proqram ona kameraya bütün mətnin düşməsi üçün kadrın düzləndirilməsi ilə bağlı tövsiyələr verəcək.
“Seeing AI” prototipi ilk dəfə 2016-cı ilin martında “Build” konfransında nümayiş olunmasına baxmayaraq proqramı iyulun 12-dən etibarən “App Store” mağazasından pulsuz yükləmək mümkündür.  
 
Hazırda əlavəni yükləmək imkanından ABŞ, Kanada, Hindistan, Honkonq, Yeni Zelandiya və Sinqapur istifadəçiləri yararlanır. Mütəxəssislərin sözlərinə görə, tezliklə “Seeing AI” proqramını digər ölkələrdə də yükləmək mümkün olacaq.
 
“Microsoft” korporasiyası tərəfindən əlavənin “Android” əməliyyat sistemli qurğular üçün versiyasının buraxılacağı barədə məlumat verilmir.
 
Nizam Nuriyev 






Baxış sayı: 345

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024