12px13px15px17px
Tarix:13/07/17

“ZTE Grand X View 2” adlı ucuz LTE planşeti təqdim edilib

“ZTE” şirkəti dördüncü nəsil mobil rabitəni (LTE) dəstəkləyən “Grand X View 2” adlı ucuz planşet kompüterini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yeni qurğu 1280x800 təsvir ölçülü displey və 1,3 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 210” prosessorla təchiz edilib. Əməli  və daxili yaddaşın tutumu müvafiq olaraq 1 və 8 QB təşkil edir. 128 QB-dək tutumlu çıxarılıb taxılan “microSD” daşıyıcılarının qoşulması mümkündür.

Əsas kameranın təsvir ölçüsü 5 meqapikseldir və işıq diodu işıqlandırıcısına malikdir. Ön kameranın təsvir ölçüsü 2 meqapikseldir. “4G LTE”, “Wi-Fi 802.11 b/g/n” və “Bluetooth 4.1” simsiz rabitə modulları dəstəklənir.
 
Akkumulyator batareyasının tutumu 4620 milliamper/saat təşkil edir və qurğu “Android Nougat 7.1.1” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.
 
İlk öncə Kanadada satışa çıxarılacaq “ZTE Grand X View 2” modelinin qiyməti 180 Kanada dolları (təxminən 140 ABŞ dolları) təşkil edəcək.
 
Emil Hüseynov




Baxış sayı: 140

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Sentyabr 2017

24 09 2017