12px13px15px17px
Tarix:14/07/17

Dünyada ən nazik oyun noutbuku təqdim edilib

“Asus” şirkəti “ROG Zephyrus” adlı noutbukunun satışına başlayıb. İstehsalçının bəyanatına görə, “ROG Zephyrus” qurğusu “Nvidia GeForce GTX 1080” qrafik kartı ilə təchiz edilmiş ən nazik oyun noutbukudur. Qurğunun qalınlığı 16,9 mm-dir. Müqayisə üçün, “MacBook Pro” noutbukunun qalınlığı 15,5 mm-dir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, yeni noutbuk “Intel Core i7-7700HQ” prosessoru, 1920x1080 piksel təsvir ölçülü 15,6 düymlük diaqonallı displey və “Nvidia G-Sync” adaptiv sinxronlaşdırma texnologiyası ilə təchiz edilib.
 
“ROG Zephyrus” noutbukunun əsas özəlliklərindən biri “Active Aerodynamic System” adlı soyutma sistemidir. Noutbuk işlək vəziyyətdə olduqda sözügedən soyutma sistemi hava axınını artıran və daha yaxşı soyutmağa imkan verən xüsusi hava dəliyi açır.
 
Klaviatura eyni anda 30-dək toxunuşu “tanıyır” və “Aura RGB” arxa işıqlandırıcısı ilə təchiz edilib. Sensor idarəetmə klaviş blokundan sağ tərəfdə yerləşir.
























“ROG Zephyrus” noutbuku, həmçinin “Thunderbolt 3” və “USB 3.1” interfeysləri tərəfindən istifadə edilən “USB-C” konnektoru və 4 ədəd “USB 3.1” portu ilə təchiz edilib. Cihazın çəkisi təxminən 2,2 kq-dır.
 
512 QB-lıq SSD daşıyıcı ilə təchiz edilmiş “ROG Zephyrus GX501VI-XS74” modelinin qiyməti 2699 dollar təşkil edir. Müqayisə üçün, yüksək konfiqurasiyaya malik  “MacBook Pro” noutbuku  2799 dollara təklif edilir.

Emil Hüseynov















Baxış sayı: 114

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 İyul 2017

20/07/17
“Ağıllı” “Microsoft” termostatı otaqda temperatura nəzarət edəcək

“Microsoft” korporasiyası “Johnson Controls” şirkəti ilə birlikdə “ağıllı” “GLAS” termostatını yaradıb

20/07/17
“Amazon Spark” sosial şəbəkəsi istifadəyə verilib

“Amazon” şirkəti məşhur internet mağazasında alış-veriş edilməsi üçün nəzərdə tutulan “Spark” sosial 

20/07/17
Pilotsuz kater suda batan insanları xilas edəcək

Çinin şərqində Tyanye gölündə batan insanların xilası üçün istifadə olunan ilk avtonom kater istifadəyə verilib.

20/07/17
“Samsung” “ağıllı” ev kolonkasının istehsalı dayandırılır

“Samsung” şirkəti “Bixby” köməkçi funksiyası əsasında işləyəcək “ağıllı” ev kolonkasının istehsalından

20/07/17
Data Mərkəzinin veb saytı istifadəyə verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 

20/07/17
Mobil qurğu istifadəçilərinin sayı 5,5 milyardı ötəcək

Dünya mobil telefonlar bazarının həcmi ən yüksək həddə çatıb və bununla əlaqədar burada gələcək artım 

19 07 2017

19/07/17
“Blippar” əlavəsində yeni funksiya istifadəyə verilib

“Blippar” əlavə reallıq proqramında istifadəçinin sifətini onun haqqında informasiya mənbəyinə çevirən 

19/07/17
Yeni “ağıllı” bilərziklər nümayiş olunub

“Huawei” şirkəti yeni “Band 2” və “Band 2 Pro” “ağıllı” idman bilərzik modellərini təqdim edib. Onlar

19/07/17
“Google Glass” eynəyi yenidən satışa çıxarılıb

“Google” sahibi “Alphabet” şirkəti “ağıllı” “Google Glass” eynəyinin yeni versiyasını nümayiş etd

19/07/17
“Android” smartfonlar bazarında liderliyini davam etdirir

“IDC” analitik şirkəti 2017-ci ilin birinci rübü üçün smartfonlar bazarının vəziyyətinə həsr edilən yeni hesaba

19/07/17
Yeni məlumat ötürmə standartı təqdim olunub (VİDEO)

Simsiz interfeysin inkişafına məsul “Bluetooth SIG” təşkilatı yeni “Bluetooth Mesh” məlumat ötürmə formatı 

19/07/17
“Samsung Galaxy S8” smatrfonunun “Active” versiyası təqdim ediləcək

“Samsung” şirkəti hər il qabaqcıl smartfon modelinin möhkəm korpusa və sudan tam mühafizəyə malik 

19/07/17
Havada zərərli birləşmələri müəyyənləşdirən smartfon yaradılıb

“AGM X2” smartfonunun rəsmən satışa çıxarılma müddətinin naməlum qalmasına baxmayaraq insayderlər