12px13px15px17px
Tarix:17/07/17

Yeni alqoritm robotlara əşyaları fərqləndirməyə kömək edəcək

Braun və Dyuk universitetlərinin mütəxəssisləri robotların görmə, o cümlədən üçölçülü obyektləri tanımaq qabiliyyətini təkmilləşdirmək üçün üsul təklif ediblər. Alimlər alqoritm üzərində iş barədə “2017 Robotics: Science and Systems Conference” konfransında məlumat veriblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, robotlardan insana gündəlik işlərdə kömək üçün istifadəsinə əsas maneə onları üçölçülü obyektləri insanların gördüyü kimi görməyi öyrətməyin çətin olmasındadır: əşyaları ilk baxışdan, onların qarşısı başqa obyektlərlə qismən örtülsə belə istənilən rakursdan tanımaq.
 
Mütəxəssislər alqoritm hazırlayaraq ona təxminən 4 min üçölçülü mebel əşyası modelini öyrədiblər. Onların hər biri “LEGO” kubiklərini xatırladan həcmli təsvir elementlərindən ibarət olub. Funksionallığına görə müxtəlif oxşar modelləri müqayisə edən alqoritm onları kateqoriyalara bölərək, məsələn, stul və ya şkafa məxsus xüsusiyyətləri ayırıb.
 
Məlumata görə, alqoritmin işi yuxarıda qeyd edilən 10 növ mebelin ona tanış olmayan 908 modeli üzərində sınaqdan keçirilib. O, obyektin dərəcəsini 75 faiz dəqiqliklə müəyyənləşdirə bilib.
 
Tədqiqat müəlliflərinin sözlərinə görə, onlar tərəfindən təklif olunan texnologiya hazırkı mövcud ən yaxşı alqoritmlərlə müqayisədə əşyaları üç dəfə tez tanıyır və az səhvlərə yol verir. Bununla belə, mütəxəssislər qeyd edir ki, alqoritm insan kimi əşyaları görərək müəyyənləşdirməsi üçün çoxlu təkmilləşdirmə işlərinə ehtiyac duyur.
 
Nizam Nuriyev 




Baxış sayı: 166

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Dekabr 2017

11 12 2017

11/12/17
Avtonom avtomobillər üçün innovativ texnologiya təqdim olunub

“LG Electronics” şirkəti sürücüsüz avtomobillərin təhlükəsizliyini artırmağa imkan verən texnologiya 

11/12/17
Bu smartfon digərlərindən daha sürətli enerji toplayır

Çinin qabaqcıl smartfonunun batareyası 30 dəqiqə ərzində 53%, 1 saat müddətində isə 100% enerji ilə doldurulub.

11/12/17
Zaqatalada “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başladı

Ölkəmizdə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala 

11/12/17
“3D” printerdə “Wi-Fi” qurğusu çap edilib

Vaşinqton Universitetinin alimləri üçölçülü printer vasitəsilə “Wi-Fi” qurğusu çap ediblər. 

11/12/17
“Fynoti” qurğusu evi oğrulardan qoruyacaq

Mütəxəssislər ev üçün mühafizə sistemlərini əvəzləyəcək yeni “Fynoti” qurğusunu təqdim ediblər. 

11/12/17
Yeni dron ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə aparacaq

Yaponiyanın “Taisei” şirkəti ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə üçün orijinal həll təkl

11/12/17
Növbəti il “iPhone” modelləri “L” şəkilli batareya ilə təchiz ediləcək

“Apple” şirkəti “OLED” ekranlı gələcək smartfonlar üçün “L” hərfi şəklində olan batareyaların haz

11/12/17
Proqramçılar “Windows” üçün görünməz virus yaradıblar

“EnSilo” şirkətinin əməkdaşları antivirus proqramlarını keçməyə imkan verən ən yeni metod təqdim ediblər.