12px13px15px17px
Tarix:19/07/17

“Google Glass” eynəyi yenidən satışa çıxarılıb

"Google" sahibi "Alphabet" şirkəti "ağıllı" "Google Glass" eynəyinin yeni versiyasını nümayiş etdirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Macdigger" resursuna istinadən yazır ki, iki il yarım əvvəl istehsalı dayandırılan eynək uzun müddət iri şirkətlərin mütəxəssisləri tərəfindən sınaqdan keçirilib. "Google Glass" üçün yeni istiqamət korporativ seqmentdir. Eynəklər bu və ya digər məlumatları əldən istifadə etmədən alan şirkət əməkdaşlarına tədarük edilib.  
 
Məlumata görə, əvvəllər istehsalda eynəkdən istifadə edən şirkətlər arasında "Volkswagen", "DHL", "General Electric" və s. yer alıb. Yeni model əllə işləyən insanlar üçün nəzərdə tutulub. Məsələn, qurğu onlara tez sorğu kitabçalarına və təlimatlara müraciət etməyə və ya marşrut haqqında məlumat əldə etməyə imkan verir.
 
"Google Glass Enterprise Edition" versiyası orijinal modellə müqayisədə təkmilləşdirilib: kameranın təsvir ölçüsü 5 meqapikseldən 8 meqapikselədək artırılıb, "Wi-Fi" sürətləndirilib, avtonom iş vaxtı 8 saatadək artırılıb, məhsuldarlıq yüksəldilib. Şirkət nümayəndələrinin sözlərinə görə, indi "ağıllı" eynəyi taxmaq daha rahatdır. Video yazılan zaman çəkilişi bildirən qırmızı diod işığı yanmağa başlayır.
 
Qeyd edək ki, "Google Glass" eynəyi ilk dəfə 2011-ci ildə təqdim olunub. Rəsmi təqdimat 2012-ci ilin ortalarında "Google" tərtibatçılarının konfransında baş tutub.
 
"Google Glass" eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da "Google" şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.
   
Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət edir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edir.
 
Qurğu "Wi-Fi" və "Bluetooth" standartlı simsiz rabitə modulları ilə təchiz edilib. "Bluetooth" şəbəkəsi vasitəsilə eynəyin smartfonla birlikdə işləməsi mümkün olur.
 
Nizam Nuriyev 




Baxış sayı: 818

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024