12px13px15px17px
Tarix:24/07/17

Elastik “Lenovo” planşeti ilk dəfə praktiki nümayiş olunub (VİDEO)

Ötən il elastik smartfon və planşet prototipləri nümayiş etdirən Çinin “Lenovo” şirkətinin mühəndisləri bu il “Tech World 2017” konfransında iki hissəyə bölünən işlək planşet kompüter nümunəsinin təqdimatı üzərində çalışıblar. “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu vəziyyətdən asılı olaraq müxtəlif rejimlər arasında keçid edə bilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Folio” kod adlı qurğu açılmış vəziyyətdə ekranının təsvir ölçüsü 1920х1440 piksel təşkil edən 7,8 düym diaqonallı planşetdir. Lakin planşeti yarıya böldükdə o, 5,5 düymlü smartfona çevrilir. Bu halda xüsusi mexanizm iki hissəni istənilən bucaq dərəcəsi altında əyməyə imkan verir.
 
Məlumata görə, bükülən planşet bir neçə maraqlı funksiyalar təqdim edir. Məsələn, ekranın hər  yarısında ayrıca proqram işə salmaq mümkündür. Həmçinin, kamera əlavəsini işə salmaqla istifadəçi hətta əsas modulla çəkiliş aparan zaman özünü displeydə görə bilər.
 
Nizam Nuriyev 






Baxış sayı: 350

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024