Tarix:24/07/17
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, alqoritmin təlimi üçün müəlliflər tərəfindən yaradılan müxtəlif kulinariya saytlarından bir milyon resepti özündə birləşdirən “Recipe1M” açıq məlumatlar bazasından istifadə olunub. Reseptin hər birinə xörəyin adı, onun fotoşəkili, inqrediyentlər siyahısı, eləcə də hazırlanma üzrə təlimat daxildir.
Məlumata görə, məlumat bazası vasitəsilə tədqiqatçılar neyron şəbəkəni fotoşəkil əsasında yeməyin tərkibini və reseptini müəyyənləşdirməyi öyrədiblər. Alqoritm əksinə də işləyə bilir və yeməyin şəkilini yüklənən resept əsasında göstərir.
Bildirilir ki, neyron şəbəkə öyrədildikdən sonra tədqiqatçılar tərəfindən sorğu əsasında onun işinin dəqiqliyi qiymətləndirilib. Sorğu zamanı sadə insanlara yeməyin şəkilini 10 reseptdən biri ilə tutuşdurmaq təklif olunub. Sorğu iştirakçılarının məhsuldarlığı 81,6 faiz təşkil etdiyi halda neyron şəbəkənin reseptlərin hazırlanmasında dəqiqliyi 83,6 faizə bərabər olub.
Nizam Nuriyev
Neyron şəbəkə fotoşəkillə yeməyin reseptini tərtib edəcək
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçılar qrupu yeməyin inqrediyentlər siyahısını və hazırlanma reseptini onun fotoşəkilinə görə tərtib edən neyron şəbəkə hazırlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, alqoritmin təlimi üçün müəlliflər tərəfindən yaradılan müxtəlif kulinariya saytlarından bir milyon resepti özündə birləşdirən “Recipe1M” açıq məlumatlar bazasından istifadə olunub. Reseptin hər birinə xörəyin adı, onun fotoşəkili, inqrediyentlər siyahısı, eləcə də hazırlanma üzrə təlimat daxildir.
Məlumata görə, məlumat bazası vasitəsilə tədqiqatçılar neyron şəbəkəni fotoşəkil əsasında yeməyin tərkibini və reseptini müəyyənləşdirməyi öyrədiblər. Alqoritm əksinə də işləyə bilir və yeməyin şəkilini yüklənən resept əsasında göstərir.
Bildirilir ki, neyron şəbəkə öyrədildikdən sonra tədqiqatçılar tərəfindən sorğu əsasında onun işinin dəqiqliyi qiymətləndirilib. Sorğu zamanı sadə insanlara yeməyin şəkilini 10 reseptdən biri ilə tutuşdurmaq təklif olunub. Sorğu iştirakçılarının məhsuldarlığı 81,6 faiz təşkil etdiyi halda neyron şəbəkənin reseptlərin hazırlanmasında dəqiqliyi 83,6 faizə bərabər olub.
Nizam Nuriyev
Baxış sayı: 448
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı