12px13px15px17px
Tarix:24/07/17

“Paint” redaktorunun dəstəklənməsi dayandırılacaq

“Microsoft” korporasiyası ilk dəfə 1985-ci ildə təqdim edilən “Paint” qrafik redaktorunun dəstəklənməsini dayandıracaq.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, payızda buraxılacaq növbəti “Windows 10 Fall Creators Update” proqram yenilənməsi siyahısında qrafik redaktor “köhnəlmiş” əlavələr siyahısına daxil edilib. Bu isə o deməkdir ki, üzərində aktiv iş aparılmayan proqram növbəti yeniləmə buraxılışlarında ləğv edilə bilər.  
 
Bu ilin aprelində “Windows 10 Creators Update” proqram yenilənməsində “Microsoft” özündə üçölçülü şəkillərin yaradılması üçün alətləri birləşdirən “Paint 3D” qrafik redaktorunu təqdim edib. Lakin bunun “Paint” üçün yeniləmə olmadığı bildirilir.
 
Nizam Nuriyev 




Baxış sayı: 425

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024