12px13px15px17px
Tarix:25/07/17

“Wi-Fi” insan emosiyalarını müəyyənləşdirməyə kömək edəcək

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri “Wi-Fi” şəbəkəsi və süni intellekt vasitəsilə insanın keçirdiyi hissləri müəyyənləşdirməyə imkan verən alqoritm yaradıblar. “EQ Radio” adlanan sistem elektrokardioqram cihazı kimi işləyir: radiotezlik şüalandırıcısı ürək əzələsinin yığılmasını aşkarlayır, süni intellekt isə əldə olunan informasiyanı interpretasiya edir.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, yeni sistem bir tərəfdən elektrokardioqram aparatından fərqli olaraq elektrodların insan bədəninə qoşulmasını tələb etmir - onun emosional vəziyyətini naqillərsiz müəyyənləşdirir. Digər tərəfdən, alqoritmlər ürək döyüntüsünün ritmini elektrokardioqraf kimi dəqiq təyin edə bilmir. Belə ki, alqoritmlər konteksti, məsələn, otağın ölçüsünü və insanın olduğu yeri nəzərə almalı olur.    
 
Məlumata görə, “EQ Radio” sistemindən, məsələn, “Google Home” və ya “Apple HomePod” kimi “ağıllı” kolonkalarda istifadə mümkündür. “Emosiyalar detektoru” insanın nə vaxt stress keçirməsini müəyyənləşdirərək sakitləşdirici musiqini işə salır. Bundan başqa, sistem qocalarda ürək tutmasını vaxtında aşkarlamağa, eləcə də yatmış körpənin ürək döyüntüsünün nəbzini və sayını izləməyə kömək edəcək.
 
Nizam Nuriyev 




Baxış sayı: 344

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024