Tarix:26/07/17
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “Orii” adlanan qurğu şəhadət barmağına taxılan və “Bluetooth” vasitəsilə smartfonla sinxronlaşan böyük üzükdür. Üzüyün işi sümük keçiriciliyinə əsaslanır: zəng daxil olan zaman “Orii” istifadəçisi barmağını qulağa yaxınlaşdıraraq həmsöhbətini eşidə biləcək. Həmçinin hətta güclü kənar səs-küydə yaxşı eşitmək təmin olunacaq.
Bundan başqa, üzük smartfondan istifadə etmədən “Siri” və “Google Now” səsli köməkçi funksiyalarının xidmətlərindən istifadəyə imkan verir. “iOS” və “Android” əməliyyat sistemləri üçün xüsusi “Orii” mobil əlavəsi vasitəsilə bildirişləri üzüyə yönəltmək (onlar barədə quraşdırılmış LED indikator xəbər verəcək) mümkün olacaq. Qurğunun avtonom iş vaxtı gözləmə rejimində 45 saat, danışıq rejimində təxminən 30 saat təşkil edir.
Bildirilir ki, layihə üçün minimum 30 min dollar tələb olunsa da, artıq 135 min dollardan çox vəsait toplanıb. Kampaniya avqustun sonunadək davam edəcək. Sifarişçilər üçün ilk tədarüklər 2018-ci ilin fevralına planlaşdırılır. “Kickstarter” saytında üzüyün qiyməti 119 dollar təşkil edir.
Nizam Nuriyev
“Ağıllı” üzük barmağı telefona çevirəcək (VİDEO)
“Kickstarter” saytında istifadəçinin barmağını qarnitura çevirəcək “ağıllı” üzük üçün vəsait toplanışı üzrə kampaniya keçirilir.“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “Orii” adlanan qurğu şəhadət barmağına taxılan və “Bluetooth” vasitəsilə smartfonla sinxronlaşan böyük üzükdür. Üzüyün işi sümük keçiriciliyinə əsaslanır: zəng daxil olan zaman “Orii” istifadəçisi barmağını qulağa yaxınlaşdıraraq həmsöhbətini eşidə biləcək. Həmçinin hətta güclü kənar səs-küydə yaxşı eşitmək təmin olunacaq.
Bundan başqa, üzük smartfondan istifadə etmədən “Siri” və “Google Now” səsli köməkçi funksiyalarının xidmətlərindən istifadəyə imkan verir. “iOS” və “Android” əməliyyat sistemləri üçün xüsusi “Orii” mobil əlavəsi vasitəsilə bildirişləri üzüyə yönəltmək (onlar barədə quraşdırılmış LED indikator xəbər verəcək) mümkün olacaq. Qurğunun avtonom iş vaxtı gözləmə rejimində 45 saat, danışıq rejimində təxminən 30 saat təşkil edir.
Bildirilir ki, layihə üçün minimum 30 min dollar tələb olunsa da, artıq 135 min dollardan çox vəsait toplanıb. Kampaniya avqustun sonunadək davam edəcək. Sifarişçilər üçün ilk tədarüklər 2018-ci ilin fevralına planlaşdırılır. “Kickstarter” saytında üzüyün qiyməti 119 dollar təşkil edir.
Nizam Nuriyev
Baxış sayı: 351
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı