Tarix:28/07/17
"ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən yazır ki, texnologiyanın iş prinsipi insanın sükan arxasında yuxuculluq səviyyəsinin mimika, bədən temperaturu və digər göstəricilərin analizi vasitəsilə müəyyənləşdirilməsinə əsaslanır. Bundan başqa, gözlərin açılma dərəcəsi və göz qırpma zamanı göz qapaqlarının hərəkətinin sürəti kimi kiçik detallar nəzərə alınır. Bütün lazımi informasiya cihazlar panelində quraşdırılan infraqırmızı ötürücü və kameralar tərəfindən toplanaraq emal üçün süni intellektə ötürülür.
Beləliklə, "Panasonic" şirkətinin hazırladığı sistem sürücünün hazırkı yuxuculluq səviyyəsini beş ballıq şkala üzrə müəyyənləşdirir və müvafiq rəqəmi bort kompüterində göstərir. Yorğunluğun artması barədə əvvəlcədən xəbərdarlıq edən sistem, həmçinin lazım gəldikdə sükan arxasında qaçılmaz yuxulama prosesinə müdaxilə etməyə başlayacaq.
Bildirilir ki, "ağıllı" qurğu ilk növbədə sürücünü ayıltmaq və diqqətini artırmaq üçün kondisionerin sürətini artıracaq. Bundan əlavə, sistem belə vəziyyətdə avtomobilin idarə edilməsinin təhlükəli olmasını bildirən həm vizual, həm də səsli xəbərdarlığı işə salacaq, naviqasiya sistemi isə istirahət üçün yaxınlıqdakı yeri axtarmağa başlayacaq.
Bu ilin payızında satışa çıxarılması gözlənilən sistemin əsas istehlakçılarının taksi və avtobus şirkətlərinin olacağı ehtimal edilir.
Nizam Nuriyev
“Panasonic” sistemi sürücünün sükan arxasında yuxuculluğunu müəyyənləşdirəcək
Yaponiyanın "Panasonic" şirkəti yol-nəqliyyat hadisələrinin baş vermə risklərini azaltmaq üçün sürücünün vəziyyətinə nəzarət edəcək yeni sistem yaradıb."ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən yazır ki, texnologiyanın iş prinsipi insanın sükan arxasında yuxuculluq səviyyəsinin mimika, bədən temperaturu və digər göstəricilərin analizi vasitəsilə müəyyənləşdirilməsinə əsaslanır. Bundan başqa, gözlərin açılma dərəcəsi və göz qırpma zamanı göz qapaqlarının hərəkətinin sürəti kimi kiçik detallar nəzərə alınır. Bütün lazımi informasiya cihazlar panelində quraşdırılan infraqırmızı ötürücü və kameralar tərəfindən toplanaraq emal üçün süni intellektə ötürülür.
Beləliklə, "Panasonic" şirkətinin hazırladığı sistem sürücünün hazırkı yuxuculluq səviyyəsini beş ballıq şkala üzrə müəyyənləşdirir və müvafiq rəqəmi bort kompüterində göstərir. Yorğunluğun artması barədə əvvəlcədən xəbərdarlıq edən sistem, həmçinin lazım gəldikdə sükan arxasında qaçılmaz yuxulama prosesinə müdaxilə etməyə başlayacaq.
Bildirilir ki, "ağıllı" qurğu ilk növbədə sürücünü ayıltmaq və diqqətini artırmaq üçün kondisionerin sürətini artıracaq. Bundan əlavə, sistem belə vəziyyətdə avtomobilin idarə edilməsinin təhlükəli olmasını bildirən həm vizual, həm də səsli xəbərdarlığı işə salacaq, naviqasiya sistemi isə istirahət üçün yaxınlıqdakı yeri axtarmağa başlayacaq.
Bu ilin payızında satışa çıxarılması gözlənilən sistemin əsas istehlakçılarının taksi və avtobus şirkətlərinin olacağı ehtimal edilir.
Nizam Nuriyev
Baxış sayı: 323
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet